Bilmirəm
Doğma obaları bir-bir gəzmişəm,Ən uzaq səfərdə yola dözmüşəm.Üzəndə Xramda, Kürdə üzmüşəm,Göldə gölməçədə üzə, bilmirəm.
Dedilər bu necə ərkandı, yoldu,Nə saçın ağardı, nə rəngin soldu?Saçlarım başımın qaxıncı oldu,Məni kim gətirdi gözə, bilmirəm.
Daha, üfüqlərdə qaralır axşam,Sönük şölə verir əridikcə şam.Gecələr dumanlı dağlar aşmışam,İndi bu düzlərdə gəzə, bilmirəm.
Yüklənir barxanam, sürülür köçüm,Madam köçməliyəm, niyə gec köçüm?..Bir qurşun dağıdır, çatmayır gücüm,Başımı yastıqdan üzə bilmirəm.
Daşıdım qəlbimdə əsrin yükünü,Qocalıq başımın aldı üstünü.Görünür gözümə ömrün son günü –Qəhr edir, bu dərdə dözə bilmirəm.
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-bilmirem-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir