Şair, yenə ağı qaraya qatdın,Yeyib yatanları vaxtsız oyatdın.“Kimə qismət oldun, kimi yaşatdın”.A mənim çörəyim, çörəyim, dedin.

Qışları qışlaqdır, yayları yaylaq,Qızıldır gəzdiyim bizim o torpaq.“Sən dağa arxalan, arxalıdır dağ”A mənim kürəyim, kürəyim, dedin.

Hər üzə gülənə etmə etibar,Hələ gizli qalan düşmənlər də var.“Səni neçə dəfə nişan aldılar”,A mənim ürəyim, ürəyim, dedin!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri