Baxıb qarlı dağlara ötürürəm köksümü,Nə olaydı, deyirəm, qayıdaydı gəncliyim.Görünəydi bircə yol keçmiş hər ayım, ilim,Çıxıb dərin dərədən dağlar aşa biləydim.

Nə olaydı, deyirəm, ömrüm təzələnəydi,Qaynayaydı,coşaydı gənclik eşqim, vüqarım.Qaralaydı yenidən bu ağarmış saçlarım,Qocalıq illərində cavanlaşa biləydim...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri