Mən Qazağa gəlmişəm
Vaxt olub ki, bu yerləri dolanıbBir ov üçün min sorağa gəlmişəm.Düşüb arxasından, başı alovluBoz arandan, göy yaylağa gəlmişəm.
Nə çəkmədim hələ cavan yaşımda?Oda düşdüm min bir sevda başımda,Xatirəm var torpağında, daşında,Mənə tanış bir oylağa gəlmişəm.
Yer üzündə min bir cənnət olsa da,Bağ-bağçası mələklərlə dolsa da,Tayı yoxdur bu yerlərin dünyada –Cənnət kimi bir torpağa gəlmişəm.
Günəş doğdu, parçalandı çən, duman,Güldü bizim üzümüzə dağ, aran...Əziz gündür – hər yan çalan, çağıran,Şən büsata, xoş növrağa gəlmişəm.
İllər keçir, ömür yarı, gün yarı;Necə atım etibarı, ilqarı?Bayram günü sizin kimi dostlarıGörmək üçün mən Qazağa gəlmişəm.
Qazax, 1948
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-men-qazaga-gelmisem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
YaşadımSadiqlikdi, səxavətdi sənətim,Gur məclisdə, ağır eldə yaşadım.
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
Qəzəl: Hərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib olduHərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib oldu,Mənə ol bəzmdən məhrumluq daim nəsib oldu