قل هوالله لامره قد قالمن له‌الحمد دائما متوال

“De ki, o, Allahdır” onun sözüdür,Alqışa, sənaya layiq özüdür.

احد غیر واجب باحدصمد لم یلد و لم یولد

O, təkdir, qeyrisi tək ola bilməz,Həmişə mövcuddur, doğmaz-törəməz.

آنکه هست اسم اعظمش مطلقحی و قیوم نزد زمرهٔ حق

Adı haqq əhlinə gün tək əyandır,Əbədi yaşayan, qadir olandır.

آنکه بی‌نام او نگشت تمامنامهٔ ذوالجلال و الاکرام

Adı başlanğıcdır əhdə, inama,Quran da adıyla yetdi tamama.

آنکه فوقیتش مکانی نیستوآنکه کیفیتش نشانی نیست

Onun xaricində yoxdur bir məkan,Onun sifətindən yoxdur bir nişan.

آنکه بیرون ز جوهر و عرضستوآنکه فارغ ز صحت و مرضست

Vücudu cövhərdən, ərəzdən uzaq,Varlığı səhhətdən, mərəzdən uzaq.

آنکه تا بود یار و جفت نداشتوآنکه تا هست خورد و جفت نداشت

Tayı olmamışdır mövcud olalı,O, mövcud olduqca dəyişməz halı.

آنکه زاب سفید و خاک سیاهصنع او آفتاب سازد و ماه

Qüdrəti ağ sudan, qara torpaqdanAy, Günəş yaratdı, nurlandı cahan.

آنکه مغزست و این دگرها پوستوآنکه چون نیک بنگری همه اوست

Xilqətin məğzidir, qalan pərdədir,Dünyada nə varsa, odur birbəbir.

آنکه او خارج از عبارت ماستذات او فارغ از اشارت ماست

Varlığı idrakın fövqündə durur,Zatına irişməz bu aciz şüur.

نیست انگشت را به حرفش راهمگر از لا اله الالله

Kim onun zatına əl atsa əgər,“Yoxdur Haqdan başqa İlahi”, – deyər.

خرد ادراک ذات او نکندفکر ضبط صفات او نکند

Ağıl dərk eləməz onun zatını,Düşüncə qavramaz bir sifatını.

دور و نزدیک و آشکار و نهانکردگار جهانیان و جهان

Onunla yaranmış gizli, aşikar,Dünya və dünyada gördüyün nə var.

همه کروبیان عالم غیبسر فرو برده زین دقیقه به جیب

Onu dərk etməyib göydə mələklərFikir dəryasına qərq olub yeksər.

هر چه کرد و کند به هر دو سراکس ندارد مجال چون و چرا

Hər iki dünyada, o eyləyənəKimsə deyə bilməz necə, niyə, nə.

از حدیث چه و چگونه و چندهستیش کرده بر زبانها بند

Nəçidir? Necədir? – deyən dillərəO, sükut qıfılı vurmuş bir kərə.

ای منزه کمالت از کم و کاستهر چه دور از هدایت تو نه راست

Ey ağlı artıqdan-əskikdən uzaq,Sən yol göstərməyən mütləq azacaq.

راز پنهان آفرینش تونتوان دید جز ببینش تو

Xilqətin sirrini dünyada bir kəsSənin gözlərinlə baxmasa, görməz.

در نهان نهان نهفته رختدر عیان همچو گل شکفته رخت

Camalın bir yandan nihandan nihan,Bir yandan hər yerdə gün kimi əyan.

خالق هر چه بود و هست توییآنکه بگشود وانکه بست تویی

Nə varmış, nə varsa, sənsən yaradan,Sənsən hər bir şeyi açan, bağlayan.

بنبستی دری که نگشودیهستی امروز و باشی و بودی

Bir qapı bağlasan, birin açarsan,Vardın, olacaqsan, indi də varsan.

از عدم در وجود میریپیش خود در سجود میری

Yoxdan var eyləyən, yetirən sənsən,Hamını səcdəyə gətirən sənsən.

ندهی،نعمت تو بیشی هستبدهی، عادت توپیشی هست

Verməsən varının olmaz hüdudu,Versən də əzəli adətindir bu.

ما چه پوشیم؟ اگر نپاشی توچه خوریم؟ ار مدد نباشی تو

Əgər sən olmasan, biz nə geyərik!Köməyin olmasa, bəs nə yeyərik?

نتوانیم گفت و نیست شکیشکر نعمت ز صد هزار یکی

Sən verən nemətin əvəzində bizNə qədər şükr etsək, azdır, şübhəsiz.

کس خبردار کنه ذات تو نیستفکر کس واقف صفات تو نیست

Zatının əslinə kimsə irişməz,Səni dərk etməyə idrak girişməz.

عرش کم در بزرگواری توفرش در موکب عماری تو

Vüqarın yanında səmadır alçaq,Cəlalın yanında bir heçdir torpaq.

ای تو بیچون، چگونه دانندت؟چیستی؟بر چه اسم خوانندت؟

Kim bilsin, ey misli, tayı olmayan,Sən kimsən, sənə nə ad versin insan.

عقل ذات تو را چه نام نهد؟فکرت اینجا چگونه گام نهد؟

De ağıl zatına necə versin ad!?Düşüncə bu yerdə açarmı qanad!?

نیستت جای، در چه جایی تو؟همه زان تو خود، کرایی تو؟

Hardasan, harada salmısan məskən?Hər nə var sənindir, sən kiminkisən?!

قدرتت در عدد نمی‌گنجدقدر در رسم و حد نمیگنجد

Hesaba sığmayır sənin qüdrətin,Hədsiz-hüdudsuzdur sənin sənətin.

رخت از نور خود درآوردهپیش دلها هزار و یک پرده

Camalın minlərlə pərdə açaraqDərdli ürəklərə nur çiləyir, bax,

دل ز بوی تو بوی جان شنودجان چه گوی؟ ترا همان شنود

Ürək səndən alır can ətri hər an,Ancaq sən deyənə qulaq asır can.

رحمتت دایمست و پایندهلایزال از تو خیر زاینده

Rəhmətin əbədi, həmişəlikdir,Səndən törənmişdir həmişə xeyir.

چونکه ذات تو بیکران باشدکس چه گوید ترا که آن باشد؟

Kim nə ad verərsə, layiqsən ona,Çünki hüdud yoxdur sənin zatına.

نه به ذات تو اسم در گنجدنه به گنجت طلسم در گنجد

Sənin xəzinəndə tilsimlər sınar,Zatın yerləşəcək hansı bir ad var?!

بسمو تو چون نپیوندیمسمت و اسم بر تو چون بندیم؟

Sənin məfhumuna kim, necə çatar?Səninçin hansı ad, hansı rütbə var?

چون نبیند کسی تمام تراچون بداند که چیست نام ترا؟

Kimsə görməyibsə səni heç əgər,O, sənin adını haradan bilər?

اسم را نار در زند نورتچه طلسمی؟ که چشم بد دورت

Sən necə tilsimsən, pis gözdən iraq.Adları yandırır nurun, işə bax.

ذات و اسم تو هر دو ناپیداستعقل در جستن تو هم شیداست

Ağıl axtarsa da, səni durmadan,Qalır adın, zatın yenə də pünhan.

اوحدی، این سخن نه بر سازستاو پدیدار و دیده‌ها بازست

Əvhədi, sözlərin tamam yalandır,O, açıq gözlərə nur tək əyandır.

سخن عشق کم خریدارستورنه معشوق بس پدیدارست

Eşqə bu dünyada azdır xiridar,Yoxsa ki, məşuqə durur, aşikar.

نیست، گر نیک بنگری حالیدر جهان ذره‌ای ازو خالی

Yaxşı diqqət elə, dünyada nə var,Ondan bir zərrə də deyildir kənar.

در تو و دیدن تو خیری نیستورنه در کاینات غیری نیست

Gözlərin görmürsə, kimdə günah var?Odur kainatda ancaq aşikar,

بشناسش که او چه باشد و چیست؟تا بدانی که رویت اندر کیست؟

O kimdir, o nədir, yaxşı tanı, bil,Onda bilərsən ki, bu söz boş deyil.

دوست نادیده دست بر چه نهی؟رقم بود و هست بر چه نهی؟

Sən dostu görməmiş, ey şüuru kəm,Ya var, ya yox deyib tez çəkmə qələm.

اندرین ره تو پردهٔ کاریهم تو باشی، که پرده برداری

Bu yolda hər şeyə pərdə özünsən,Qaldırsan pərdəni sən olarsan sən.

گر چه هست این حکایت اندر پوستما نخواهیم جز حکایت دوست

Örtülü olsa da, bu söz yaxşı bax.Biz dost söhbətini dinlədik ancaq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri