گر دعا جمله مستجاب شدیهر دمی عالمی خراب شدی

تو دعا را اگر ندانی روزنشوی بر مراد خود پیروز

تا نیابد دل تو راه به غیبدست حاجت برون می‌آر از جیب

غیب‌دان جز به نور نتوان شدوقت بین بی‌حضور نتوان شد

گر دلت حاضر و تنت نوریستهر چه خواهی بخواه، دستوریست

نفس مستجاب آنکس راستکز خدا جز خدا نجست و نخواست

تو به خود نزد او ندانی شدتا نخواند کجا توانی شد؟

اوست نزدیک ورنه دوری توحاضر او بس، که بیحضوری تو

گر نه راه تقرب او رفتیبا تو «انی قریب» کی گفتی؟

چون در آن قرب محو گردی توصورت خویش در نوردی تو

دگرت لذت از جهان نبوداز توسر ازل نهان نبود

به محبت رسی از آن قربتبرهی از مشقت غربت

او ترا سمع و او بصر گردداو ترا راه و راهبر گردد

او ترا دست گردد و او تیغهر چه خواهی نباشد از تو دریغ

نفس او با تو همخطاب شودسخنت جمله مستجاب شود

غیب را با دلت خطابی هستزان نظرهات فتح بابی هست

لیک هم آفتیست در هوشتکه نرفت آن خطاب در گوشت

تیر چون از کمان سست آیداز کجا بر هدف درست آید؟

تو که بازوی بیگناهت نیستسپری جز عطای شاهت نیست

تا عصای تو اژدها نشودبه دعای تو کس رها نشود

چون نه‌ای واقف از دعای بشرمیبری در دعای باران خر

پیش ایزد ببین قبولت هست؟پس برآور به سوی بالا دست

هر چه در خط عالم اویندهمه تسبیح او همی گویند

هر کسی را به قدر پایهٔ خویشهست حدی که نگذرد زان بیش

کس به تسبیح او نیابد راهمگر از لهجهٔ کلام‌الله

هر زبان، گر چه گفتگو داندحق تسبیح او هم او داند

اندرین نکته چون نکردی سیرنبری ره به سر منطق طیر

هر کرا از درش سؤالی هستهر یکی را زبان حالی هست

ورد رنجور چیست؟ «یا شافی»وان بیچاره؟ « انه کافی »

مرغ یا ز آب و دانه گوید رازیا ز پیکان و سنگ و چنگل باز

مور از آسیب سیل و آفت سمطلب ارزن و جو و گندم

گر ازین در بود عبارت توکس نپیچد سر از اشارت تو

در جهان اسم اعظم او داندو آن بود کوت بر زبان راند

هر که با نامش آشنا گردیدحاجتش سربسر روا گردید

تا نگویی سخن مناسب حالنشود هیچ مستجاب سؤال

هر چه خواهی به قدر حاجت خواهتا بدان در دهند بازت راه

چو فزونت دهند ز آن تو نیستهم نکوتر، کزان زیان تو نیست

تو که زر داری و درم خواهیپر تمنا کنی، نه کم خواهی

دو بسازی سرای و بس نکنیتا بچار دگر هوس نکنی

گر بلندت کند نیایی زیرور فزونت دهد نگردی سیر

چون به حاجت چنین سرایی توبهلد تا همی درایی تو

حال آن طفل و حالت تو یکیستدر بزرگی و خردی ارچه شکیست

کانگبینش دهی شکر خواهدورچه شیرین کنی دگر خواهد

چون ز حد بگذرد فغان و خروشبر دهانش زنی شود خاموش

این حسابت کجا شود روزی؟چون ز داننده‌ای نیاموزی

Qəbula yetsəydi bütün dualar,Bu dünya olardı hər an tarümar.

Duanın gününü düz bilməsən sən,Əsla muradına çata bilməzsən.

Qeybə yol tapmasa ürəyin əgər,Ehtiyac əlini uzatma hədər.

Ürək hazır isə, nurlusa bədən,Yeri var bu halda hər nə istəsən.

Qəbula yetişər ancaq o nəfəs,Allahdan, Allahdan qeyri istəməz.

Zənn etmə sən özün ora gedərsən.Əgər çağırmasa, hara gedərsən?

Yaxın odur, yoxsa olardın uzaqO, hazırdır, sənsə hüzursuz ancaq.

Yaxınlıq yoluna olmasa üzü,Sənə “mən yaxınam” deməzdi özü.

Sən bu yaxınlıqda məhv olan zaman,Yığdın surətini tamam aradan.

Almazsan dünyadan bir daha ləzzət,Olmaz əzəli sirr heç səndən xəlvət.

Bu haldan çatarsan məhəbbətə sən,Qürbətdə düşməzsən məşəqqətə sən.

O, sənə göz olar, həm də ki, qulaq,O, sənə yol olar, həm də rəhbər, bax!

O, əlin, qılıncın olacaq həmən,Səndən əsirgəməz hər nə istəsən.

Nəfsi sənin ilə həmsöhbət olar,Hər duan qəbula keçər, aşikar,

Qeyb sənin qəlbinə sözlər söyləyər,Açar qapıları səndəki nəzər.

Lakin yaddaşında nöqsan var, deyən,Qeybin sözlərini eşitmirsən sən.

Ox yaydan çıxanda boş çıxsa əgər,O, hardan hədəfə düz gedib dəyər?!

Sənin ki günahsız qolun yoxdur, bax!Şahın bəxşişidir qalxanın ancaq.

Nə qədər əjdaha olmamış əsan,Heç kəsi qurtarmaz bəladan duan.

Bəşər duasından deyilsən agah.Sürmə bataqlığa eşşəyi nagah.

Gör qəbul edirmi bir səni Tanrı,Sonra əllərini qaldır yuxarı.

Onun aləmində olanlar bütünAlqış, şükr deyir hər dəm onunçün.

Hər kəsin qədrinin dərəcəsi var,O həddi keçməsin bir kimsə, zinhar.

Quranın dililə olmasa heç kəs,Ona layiqilə şükr edə bilməz.

Hər bir dil bilsə də əgər danışmaq,Ona şükr etməyi o, bilər ancaq.

Əgər bu nöqtəyə diqqət verməsən,“Quş dili” sirrinə yol tapmazsan sən.

Kimin o qapıdan təmənnası var,Halına görə də bil, dili olar.

Xəstənin arzusu nədir? Sağalmaq.Yoxsulun diləyi çörəkdir ancaq.

Quş ya sudan, dəndən, otdan söz açar,Ya da oxdan, daşdan, şahindən qaçar.

Qarışqa danışar ayaqdan, sudan,Arpaya, buğdaya olan arzudan.

Sənin də sözlərin beləsə əgər,Qaçmaz fərmanından əsla bir nəfər.

“İsmi-əzəm”i də bilər o insan,Ki, birdir dililə qəlbi hər zaman.

Bildisə adını onun bir adam,Bütün ehtiyacı ödəndi tamam.

Öz halına uyğun deməsən sözü,İstəyin qəbula yetişməz, düzü.

Lazım olan qədər istəmək gərək,Bir də mümkün olsun arzuya yetmək.

O, sənin deyildir, çox versə əgər,Ancaq az yaxşıdır, az etməz zərər.

Sənin qızılın var, dirhəm deyirsən,Özu də az deyil, çox istəyirsən.

İki ev tikmisən, eyləməyir bəs,Dördünü tikməyə edirsən həvəs.

Aşağı enmirsən, ucaltsa əgər.Doymayır gözlərin versə nə qədər.

Çünki ehtiyacdan hey tökürsən dil,Bir də yaxınına qoymaz səni, bil.

Böyük də, kiçik də ağlayar, ancaqSəninlə eynidir bir bax o uşaq;

Əgər şəkər versən, bal ver söyləyər,Sən əgər süd versən, şərbət ver deyər.

Səs-küyü bu sayaq həddən aşandaAğzına vurarsan, tez susar onda.

Bu hesab haraya gedəcək, desən,Axı öyrənmirsən, bilənlərdən sən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri