یارب، این نوبر نو آیین رازادهٔ عقل و دادهٔ دین را

Bu yeni qaydalı əsərə, ey Haqq!Ki dindən, ağıldan doğulmuş ancaq,

به تراز قبول نوری بخشخاطرم را ازو سروری بخش

Öz qəbul nurunu bəxş elə bir dəmKönlümü sevinclə sən eylə həmdəm.

توشهٔ راه هوشمندان کنقسمت مردم سخندان کن

Huşlu adamların azuqəsi et,Qoy, söz bilənlərə olsun o, qismət.

به رخش تازه‌دار جانم راشرمساری مده روانم را

Könlümü təzələ üzüylə hər an,Ruhum utanmasın ondan heç zaman.

روی او را به چشم بد منمایبه رخش چشم بی‌هنر مگشای

Göstərmə pis gözə onun üzünü,Açma hünərsizin ona gözünü.

بر دل اهل ذوق راهش دهوز قبول نفوس جاهش ده

Tapsın zövq əhlinin ürəyinə yol,Camaat şərəflə eyləsin qəbul.

زو بر انداز پردهٔ پوششتا چو گوهر کنند در گوشش

Qoyma sən pərdədə onu qalmağa,Hər görən gövhərtək taxsın qulağa.

مرسان باد حاسدش به ترنجهمچو گنجش رها مکن در کنج

Turuncum gen olsun həsəd yelindən,Xəznə tək bucaqda qoyma onu sən.

جام جم را ز عکس او ده شرممجلس عاشقان بدو کن گرم

Utansın əksindən onun cami-Cəm,Qızsın eşq məclisi onunla hər dəm.

جلوه‌ای ده ز رونق و نورشخاصه در دستگاه دستورش

Nuru, rövnəqilə bəzə hər yanı,Xüsusən, vəzirin öz sarayını.

شهرتش ده به کنیت سامیمهلش در خمول گم‌نامی

Onu Sam nəslitək şöhrətli elə,Adsız, nişanəsiz eyləmə belə.

مدهش جز به دست خوشخویانگوش دارش ز سنگ بدگویان

Yaxşılar oxusun, qoy, onu ancaq,Yaman töhmətindən eylə sən uzaq.

در جهانش به لطف گردان کنروزی دست شیرمردان کن

Gəzsin bu dünyanı qoy sevilərəkMərdlərin ruzisi olsun o, gərək.

گر درو سهو یا خطایی هستتو ببخشای چون عطایی هست

Onun bir xətası olmuşsa, aman,Bağışla, çünki sən bağışlayansan.

ناظران را ازو حیاتی بخشاوحدی نیز را نجاتی بخش

Nəzər salanına həyat bağışla,Özün Əvhədiyə nicat bağışla.

دل او را به ذکر عادت کنکار او ختم بر سعادت کن

Zikr etmək qəlbinə, qoy, adət olsun!İşinin axırı səadət olsun!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri