Cami-Cəm, fəsil 31
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
چون شوی آنچنان که میباییچون تو با خویشتن نمییی؟
Sən hardan olarsan lazım olan tək,Sən ki heç özünə gəlmirsən, gerçək?!
نظری کن درین معانی توتا مگر خویش را بدانی تو
Sən bu mənalara bir diqqət yetir,Bəlkə də özünü tanıyasan bir.
کز برای چه کارت آوردند؟به چه زحمت به بارت آوردند؟
Biləsən nə üçün dünyaya gəldin,Hansı əzablarla belə yüksəldin.
کیستی؟ روی در کجا داری؟بکه امید و التجا داری؟
Sən kimsən, nəçisən? Yolun haradır?Ümidin, pənahın nə diyaradır?
نامهٔ ایزدی تو، سر بستهباز کن بند نامه آهسته
Haqqın başı bağlı kitabısan sən,Sən onun bağını aç tələsmədən.
تا ببینی تو هر دو گیتی نقدکرده با یکدگر به یک جا عقد
Bəlkə də görəsən iki dünyanı,Necə bağlamışlar onlar peymanı.
از کم و بیش نکتهای نگذاشتکه نه ایزد درین صحیفه نگاشت
Burada hər şeyi yazmışdır Allah,Az-çox bir nöqtə də buraxmadı, ah.
ای کتاب مبین، ببین خود راباز دان از هزار آن صد را
Bax, ey açıq kitab, tanı özünü,Öyrən heç olmasa, mindən yüzünü.
خویشتن را نمیشناسی قدرورنه بس محتشم کسی، ای صدر
Heyif öz qədrini bilmirsən ancaq!Yoxsa sən möhtəşəm kəssən, yaxşı bax!
هم خلف نام و هم خلیفه نسبنه به بازی شدی خلیفه لقب
Adın xələf, özün xəlifə nəsəb,Bu ad verilməyib sənə bisəbəb.
ذات حق را بهینه اسمی توگنج تقدیس را طلسمی تو
Sənsən Haqq zatının adı, ünvanı,Qüdsün tilsimisən, özünü tanı.
به بدن درج اسم ذات شدیبه قوی مظهر صفات شدی
Özündə dərc edib Haqqı bədənin,Haqqın timsalıdır güc-qüvvən sənin.
هم چو سیمرغ رازهای جهاندر پس قاف قالبت پنهان
Dünyanın sirləri simurq tək, inan,Bədənin Qafında olmuşdur pünhan.
سر موی ترا دو کون بهاستزانکه هستی دو کون بی کم کاست
Düz iki dünyadan artıq hər tükün!Sən iki dünyasan kəsirsiz özün!
ملکوتست جای و منزل توجبروت آشیانهٔ دل تو
Sənin məskənindir uca asiman,Ürəyin varlığa olmuş hökmran.
با تو همره ز طالع فلکیقوتی چند روحی و ملکی
Bir neçə ruh, mələk, fikir versənə,Göylərin hökmilə yoldaşdır sənə.
قالبت قبه ایست اللهیلیک در جبهای، نه آگاهی
Bədənlə ilahi bir qübbəsən sən,Lakin paltardasan, agah deyilsən.
بر تو کلک سپهر صورت بندکرده خطهای معقلی پیوند
Göylər bir nəqqaş tək qələm çəkəndəƏn gözəl xətləri işlətdi səndə.
هیکل تست حرز قیم فرشکایةالکرسیست و کنزالعرش
Tilsim, gözətçidir vücudun yerəAyətül-kürsidir, şahdır göylərə.
صنع را برترین نمونه توییخط بیچون و بیچگونه تویی
Varlığın ən yüksək nümunəsisən,Niyəsiz, necəsiz bir yazısan sən.
هم خمیر تنت سرشتهٔ اوستهم حروفت قلم نوشتهٔ اوست
Bədən xəmirini odur yoğuran,Həm odur hərfini yazan, bigüman.
نقش الله نقش پنجهٔ تو« ما سوی الله» در شکنجهٔ تو
Pəncəndə Allahın naxışları var,“Yoxdur Haqdan başqa” – söylədin təkrar.
ز سر و دست و ناف و پای تو دلکرده نام محمدی حاصل
Başın, əlin, ayaq, göbəyindən, bil,Məhəmmədin adı olmuşdur hasil.
الف قامتست و را ابروصاد و ضاد تو چشمها بر رو
Qamətin “əlif”dir, qaşların “re”dir,Gözlərin “sadla” “zad” deyil, bəs nədir?!
طا و ظا انف و سین و شین دندانها دهان تو با لب خندان
“Ta”, “za”dır burunun, dişlərin “sin”, “şin”,“Ha” isə ləbinlə ağzındır sənin.
میم نافست و عین و غینت گوشاین بدان و در آن دگر میکوش
Göbəyin “mim”dirsə, “eyn”, “ğeyn”dir qulaq,Bundan qalanını özün bil ancaq.
میکنی ز آن سر و دهان و دو چشمبر سه دندان شین شیطان خشم
Başın, iki gözün, ağızınla sən,Şeytanın “şin”inə həmlə edirsən.
صورتی کش به دست خود کردستچون توان گفتنش؟ که بد کردست
Onun düzəltdiyi surətə, de bir,Kim necə deyər ki, pis düzəltmişdir?!
دیو را نور عقل یار نبودورنه این جا ز سجده عار نبود
Şeytana olmadı ağlın nuru yar,Yoxsa o, səcdədən eyləməzdi ar.
ایزدت خواست تا پدید شدیلایق مژده و نوید شدی
Haqqın istəyilə dünyaya gəldin,Müjdəyə, ilhama layiq kəsildin.
پدری کرد عقلت از بالامادری نفس، تا شدی والا
Sənə ata oldu ağıl ucadan,Nəfs də ana oldu ta ucalasan.
اخترانت برادر و خواهرملکت یار و مالکت یاور
Ulduzlar bacındır, qardaşlarındır,Mələk, Malik arxan, yoldaşlarındır.
عقلت از عالم اله آمدنفست از بارگاه شاه آمد
İlahi aləmdən gəlmiş ağlın, bax!Şah dərgahındadır nəfsin də ancaq.
دو ملک با تو این چنین همراهسوی ایشان نمیکنی تو نگاه؟
Səninlə yoldaşdır bu iki mələk,Onları sən saya almırsan, gerçək.
ملک و روح با تو و تو به خوابشب قدری،تو خویش را دریاب
Mələk, ruh səninlə, sən yuxudasan.Qədir gecəsisən, qəflətdən oyan.
نه عرض گشته در سرای سپنجخادمان تو با جواهر پنج
Bu fani dünyada xidmət edirlərDoqquz ərəz ilə sənə beş cövhər,
چار عنصر خمیرهٔ جسمتسه موالید جزوی از اسمت
Cismin dörd ünsürdən yoğrulmuşdur, bax,Üç mövlud adından hissədir ancaq.
آب حمال تست و کشتیهاباد فراش تست و دشتیها
Sular sənin üçün yükdaşıyandır,Yellər qasidindir, haman-hamandır.
آتش از مطبخ تو آشپزیستافتابت به باغ رنگ رزیست
Sənə aş bişirir mətbəxdə od, bax!Bəzəyir səninçün Günəş bağça-bağ.
بر تو حفظش چنان نگشت محیطکز مرکب بترسی وز بسیط
Elə qorumur ki, səni dörd yandan,Hər sadə, mürəkkəb şeydən qorxasan.
مشکل عالم از تو آسان شددد و دامت ز دم هراسان شد
Dünyada müşkülü sən etdin asan,Qorxdu nəfəsindən çöllərdə heyvan.
سنگ چون موم زیر تیشهٔ تستآب و آهن یکی ز پیشهٔ تست
Külüngün altında daş muma döndü,Gözünə dəmir də su tək göründü.
پوست بیرون کنی ز شیر و پلنگوز هوا در کشی عقاب و کلنگ
Soydun dərisini pələngin, şirin,Qartallar, durnalar oldu əsirin.
در سر پیل بر زنی قلابگردن شیر نرکشی به طناب
Fili ovsarlayıb edərsən əsir,Erkək şir boynuna salarsan kəndir.
دیگران زیر باروران تواندسر در افسار و در عنان تواند
Sənindir dünyada görünən nə var,Saldın başlarına ovsar və cidar.
حیوان و نبات خوردن تستمعدن آذین گوش و گردن تست
Heyvanlar, bitkilər yeməyin üçün!Yer altdan çıxanlar bəzəyin üçün.
آفتابست عقل و ماهت روحجهل توفان و علم کشتی نوح
Ağlın günəşdirsə, ruhun ay, inan,Elmin nuh gəmisi, cəhlinsə tufan.
آسمانت سرست و عرشت هوشحس دهگانه گونه گونه سروش
Asiman başındır, ərş də huşundur,Sənə ilham verən hisslərsə ondur.
خلق نیکت بهشت و سیرت حورکرم و همتت بلند قصور
Xoş xülqün cənnətdir, mələk sifətin,Yüksək bir saraydır kərəm, hümmətin.
خلق بدد و زخست و نار غضبقهر و دیوانگی شواظ و لهب
Pis xülqün cəhənnəm, qəzəbin ocaq,Hirsin, dəliliyin od-alovdur, bax!
ویل خشم و نعیم خشنودیدد و دام آز و شهوت موذی
Yasda qəzəblənər, toyda sevinər,Vəhşilik, heyvanlıq deyil bu məgər?!
بحرها آب چشم و گوش و دهانبیشه موی و درو چمنده نهان
Ağzının, gözünün suyu dəryalar,Saçların bir meşə, gizli gəzən var.
کوهها گرده و سپر زو جگردره و پشته عضوهای دگر
Çiyinin, dalağın, ciyərin dağlar,Başqa dərələr də, təpələr də var.
ز رگ و استخوان و عضله و پیلحم و غضروف و جلد بر سر وی
Sümüklər, əsəblər, əzələ, damar,Ət, xirçmək və dəri – bax bütün bunlar,
سه هزار آلت از درون و بروندرج کردند در تو، بلکه فزون
Daxildə, xaricdə üç minə qədərAlət toplanmışdır səndə sərbəsər.
بعد از آن قوت نباتی هشتبا یکی زین هر آلتی ضم گشت
Sonra səkkiz dənə bitki qüvvəsi,Bir üzvlə birləşib onlar hərəsi.
حاصل ضرب بیست و چار هزارکارفرمای و کار کن به شمار
Vursan bir-birinə onları, inan,Düz iyirmi dörd min eyləyər haman.
شب و روز ایستاده در کارتتا بلندی گرفت دیوارت
Durur qulluğunda sənin, bax, bunlar,Sənin hasarını ucaltmış onlar.
نه فلک در دل تو دارد گنجبا کواکب و لیک در یک کنج
Ulduzlarla doqquz fələk bərabər,Qəlbində asanca yerləşə bilər.
جان جهان را بگشت و لنک نشدوز حضور سپهر تنگ نشد
Can gəzdi dünyanı, axsamadı, bax,Göyləri gəzməkdən doymadı ancaq.
گر زمانی به ترک تاز آییبروی تا به عرش و باز آیی
Atını oynadıb çapsan əgər sən,Göylərə gedərək geri gələrsən.
شد درین جسم هفت گردون موجوز شهاب نجوم فوجا فوج
Səndə dalğalandı fələklər lay-lay.Ulduzlar gəzdilər hey alay-alay.
آسمانت سر و شهاب ذکاستزحلت فهم و فکر صایب و راست
Huşun meteordur, başın asiman,Zühəltək düşüncən dəqiqdir yaman.
با تو بهرام شوکتست و غضبزهره تزیین شهوتست و طرب
Qəzəbdə, şövkətdə yarandın Bəhram,Zöhrə şəhvətinçün yaranmış tamam.
مشتری زهد و علم و جاه و وقارتیر شعر و خط و حساب و شمار
Calalın, vüqarın bir Müştəridir,Şeirini, yazını nizamlayır Tir.
مهر حکم و سیاست شاهیماه هر حرفتی که میخواهی
Günəş fərman verir, edir siyasət,Ay da nə söyləsən eyləyir xidmət.
خاک پرگنج و پر دفینهٔ تستآب پر زورق و سفینهٔ تست
Torpaq dəfinəylə dolu xəzinən,Sular da gəmini işlədir həmən.
هم ترا تاج اصطفا بر سرهم ترا خلعت صفا در بر
Başında peyğəmbər tacı aşikar,Əynində təmizlik köynəyi parlar.
گاه بردار و گاه بر تختیآدمی کی بود بدین سختی؟
Gah taxta çıxırsan, gah görürsən dar,İnsan bu qüdrətdə haradan olar?!
«لیس فی جبتی» تو دانی گفتوین «اناالحق» تو میتوانی گفت
Sən dedin: “Paltarda mən deyiləm”, bax!“Mənəm Allah”ı da sən dedin ancaq.
گاه عبدی و گاه معبودیچه عجب؟ چون غلام محمودی
Sən gah bir məbudsan, gah da köləsən,Mahmudun qulusan, özün beləsən.
خواجه فارغ شدست ازین بازیهمه کارش تو بنده میسازی
Xacə bu işlərdən gen gəzir tamam,Sən bəndə görürsən bunları müdam.
در جهان چارهای نشد ز تو فوتبجز از موت و چاره کردن موت
Dünyada hər şeyə çarə etdin, bax!Ölümə bir çarə tapmadın ancaq.
آفرینش تمام گشت بتوخاک از افلاک در گذشت بتو
Sənlə yaradılış sona yetişdi,Sənlə yer ucalıb göyləri keçdi.
دو سر خط حلقهٔ هستیاز حقیقت به هم تو پیوستی
Varlıq halqasının iki ucunuSən oldun bağlayan, bil, doğrusunu.
جهد آن میکن، ار تو عیاریکان دویی را ز بین برداری
Ona çalışırsan indi durmadan,Qalxsın bu ikilik tamam aradan.
نیک مستم و گرنه زین جامتبنمایم هزار و یک نامت
Yaxşı ki, sərxoşam bu camla haman,O min bir adını edərdim bəyan.
بستان این که شربتی صافیستبشناس اینقدر که این کافیست
Al iç bu şərbəti o, saf şərbətdir.Bu qədər bilməyin lap kifayətdir.
بیش ازین گرد و حرف برخوانیترسمت برجهی که: « سبحانی»
Əgər bundan artıq iki söz bilsən,Qorxuram, sıçrayıb “Haqqam” deyərsən.
آنچه گفتم به نقد نیک بدانوز پی آن زیادتی میران
Hələlik bunları bil qaydasınca,Sonra qalanının düş arxasınca.
Kitabxana.az · https://kitabxana.az/works/ovhadi-cami-cem-31
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Aləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Məndən, səba, de ol gülə: qurbanınam, seninMəndən, səba, de ol gülə: qurbanınam. senin,Rəhm etgilen bu bülbüle, quıbanınam sənin,
QəmərəEy səmanın qədim olan qəməri,Saneyi-aləmin münir əsəri.
CəmaətSəd heyf, əzizan, belə mərdanə cəmaət,Görməyibdilər eşqi-mey-ü-meyxanə, cəmaət.