Cami-Cəm, fəsil 4
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
عاشقی، خیز و حلقه بر در زندست در دامن پیمبر زن
حب این خواجه پایمرد تو بسنظر او دوای درد تو بس
اوست معنی و این دگرها نامپخته او بود و این دگرها خام
آنکه از اصطفا بر افلاکنددر ره مصطفی کم از خاکند
از در او توان رسید به کامدیگران را بهل برین در و بام
اوست در کاینات مردم و مرداو خداوند دین و صاحب درد
سفر آدم سفیرنامهٔ اوستدرج ادریس درج خامهٔ اوست
بیعه در بیعتش میان بستهزانکه ناقوس را زبان بسته
بر سر او ز نیک نامی تاجهمه شبهای او شب معراج
پیش او خود مکن حکایت شباو چراغ، آنگهی شکایت بس؟
گوهر چار عقد و نه درج اوستاختر پنج رکن و نه برج اوست
شقهٔ عرض عطف دامانشملک از زمرهٔ غلامانش
آن که مه بشکند به نیم انگشتآفتابش چه باشد اندر مشت؟
وانکه در دست اوست ماه فلکپایش آسان رود به راه فلک
شب معراج کوس مهر زدهخیمه بر تارک سپهر زده
گذر از تیر و از زحل کردهمشکل هفت چرخ حل کرده
سر سر جملها بدانستهشرح و تقصیل آن توانسته
در دمی شد نود هزار سخنکشف برجان او ز عالم کن
به دمی رفته، باز گردیدهروی او را به چشم سر دیده
میم احمد چو از میان برخاستبه یقین خود احد بماند راست
راه دان اوست، جبرییلش سازهر چه او آورد، دلیلش ساز
ای فلک موکب ستاره حشروی ز بشرت گشاده روی بشر
هاشمی نسبت قریشی اصلابطحی طینت تهامی فصل
علم نصرتت ز عالم نوریزک لشکرت صبا و دبور
چرخ نه پایه پای منبر توبه سر عرش جای منبر تو
معجزت سنگ را زبان بخشدبوی خلقت به مرده جان بخشد
روز محشر، که بار عام بوداز تو یک امتی تمام بود
بگرفته به نور شرع یقینچار یار تو چار حد زمین
ز ایزد و ما درود چون بارانبه روان تو باد و بر یاران
Qalx, döy bu qapını aşiqsənsə sən,Çalış peyğəmbərin tut ətəyindən.
Onun məhəbbəti hər şeydir, inan,Onun qayğısıdır hər dərdə dərman.
Özgəsi boş addır, o, məna tamam!Ancaq o, yetkindir, başqaları xam.
Bu sonsuz göylərdə uçan mələklərDeyillər yolunun torpağı qədər.
Hərə bir ov üçün özünü yordu,Hədəfə oxu düz ancaq o, vurdu.
İnsan qapısında yetər murada,Bu qapı-bacanı sən burax yada.
Odur kainatda insan da, ər də!Həm dinə, həm dərdə sahib gövhər də!
Adəmin kitabı ilk Quranıdır,İdrisin sandığı qələmdanıdır,
Ona beyət edib, durmuş kilsələrNaquslar sükutla ömür keçirər.
Yaxşı adlılıqdan başında var tac,Bütün gecələri olubdu merac.
Yanında gecədən etmə hekayət,Onun tək çıraqla nədir şikayət?!
Doqquz göy, dörd ünsür gövhəri odur,Doqquz bürc, beş rüknün əxtəri odur.
Onun kölgəsidir göylərdəki nur,Mələklər önündə xidmətdə durur.
Ayı barmağıyla bölübsə əgər,Yumruğu önündə Günəş neyləyər?!
Göydə Ay əlində olan bir nəfərGöylərin yolunu çox asan gedər.
Saxlayar Günəşi merac gecəsi,Göyün zirvəsində durar xeyməsi.
Ondan aşağıda qalmış Tir, Zühəl,Dünyanın sirrini eyləmişdir həll.
Ən çətin sirlərə olmuşdur agah,Şərh etmiş onları, həm vermiş izah.
Qeybdən doxsan min söz gəlib hamanBir anda könlünə olmuşdur əyan.
Bir anda göylərə gedib qayıtmış,Allahı görərək vüsala çatmış.
Qalxarsa Əhmədin “mim”i aradan,Yerində bir “əhəd” qalar o zaman.
Cəbrayıl bələdçi, o, yol biləndir,Onun buyruğuyla ruhu sevindir.
Fələk büsatındır, ulduzlar əsgər,Səninlə şadlığa yetişdi bəşər.
Haşimi nəsəbli, Qüreyş əsilli,Məkkə, Mədinənin nurudu, bəlli.
Gəlir fəth bayrağı nur dünyasından,Səba ordusuna öncüldür hər an.
Doqquz qat göyləri keçmiş məbəri,O ərşi-əlanı seçmiş mənbəri.
Möcüzü daşlara dil bağışlayar,Xülqündən ölülər canlanıb durar.
Hesab çəkiləndə, gələndə məhşər,Sənə ümmət olar büsbütün bəşər.
Nuru, ziyasilə şəriətininTutmuşdur dünyanı dörd yarın sənin.
Bizdən və Tanrıdan yağışlar qədərSənə, yarlarına olsun rəhmətlər!
Kitabxana.az · https://kitabxana.az/works/ovhadi-cami-cem-4
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Atamın əziz xatirəsinə*Hər cür ağac vardı bizim həyətdə,
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
GünüdürMənəm mənəm deyib dava qılanda,Ərəb atı qoç igidin günüdür