هر که از پرورنده رنج ندیددر جهان جز غم و شکنج ندید

Kim əzab görmədi tərbiyəçidən,O, qəmdən özgə şey görmədi əslən.

میوهٔ بیشه چون نپروردستدل داننده را نه در خوردست

Meşə meyvələri, bax, becərilməz,Odur ki, heç kəsin xoşuna gəlməz.

خورش خرس یا شغال شودیا در آن بیشه پایمال شود

Ya ayı, ya çaqqal onu yem edər,Ya da ki, meşədə məhv olub gedər.

خرس نیزار خورد به ناچارشزود در کخ کخ اوفتد کارش

Onu ayı belə yeyərsə naçar,İnciyib aramsız kıx-kıxa başlar.

در درختش که پر گره شد و زشتدر زنند آتش و کنند انگشت

Ağac da düyünlü, əyrisə əgər,Ocaqda yandırıb kömür edərlər.

چون بسوزد دگر به شهر برندوندر آن کوره‌های قهر برند

Şəhərə aparıb sonra satarlar,Qəzəb kürəsinə onu atarlar.

آتشی باز بر فروزاننددر دم آهنش بسوزانند

Yenidən qalarlar təzə bir ocaq,Dəmirin ağzında yandırarlar, bax!

ز تفش سنگ در خروش آیدآهن از تاب او به جوش آید

Daşlar istisindən ah-fəryad edər,Dəmir odlarından əriyib gedər.

تن او را به سیخ گردانندتا صدش بار در نور دانند

Bədəni şişlərə çəkilər hər anYüz yol çevirərlər hey oyan-buyan.

دست استاد و رخ سیاه کنددر و بام دکان تباه کند

Qaralar ustanın əli və üzü,Dükan da korlanar onunla, düzü.

کورهٔ او ز هر نفس زدنیآدمی را کند چو اهرمنی

Hər dəfə kürəsi nəfəs çəkərkənİnsan dəyişərək olar Əhrimən.

سال و مه جفت ناخوشی گردددر دو بوته دو آتشی گردد

İllər-aylar boyu o, xəstə olar,İkiyol butədə oda yaxılar.

از وجودش اثر بجا نهلندخاک او نیز در سرا نهلند

Yerdə vücudundan qoymazlar bir iz,Hətta külünü də qoymazlar, hərgiz.

تا بدانی که چرک خود رستنبه چنین آتشی توان شستن

Bil ki, özbaşına böyüsən, ancaqÇirkini bu odla mümkündür yumaq.

تو خود رویی وز خود راییچون زمانی به خود نمییی؟

Nə vaxtdır özünə gələ bilmirsən,Çünki özbaşına boy atmısan sən.

در حیات به غم کنند انگشتتا ز دودش سیاه گردی و زشت

Odlara yaxırlar səni diriykən,Ta ki qaralasan sən öz tüstündən.

چون بمیری در آن سرات برندپیش نار سقرفزات برند

Ölsən, o dünyaya alarlar səni,Cəhənnəm oduna salarlar səni,

به دم دوزخت در اندازندگه بسوزند و گاه بگدازند

Cəhənnəm ağzına atıb gedərlər,Səni gah yandırar, gah əridərlər.

ماکیان چون سقط چرید و سبوسعرصهٔ خایه کردنست و عبوس

Bax, toyuq da yarma, dən yediyindən,Yumurta verməyə məcburdur həmən.

گر نیاید همی نخوانندشور بیاید به سنگ رانندنش

Əsla çağırmazlar gəlməsə əgər,Əgər özü gəlsə, qovarlar gedər.

روزش از چپ و راست تیر زنانشب در آن خانهای پیرزنان

Gündüz sağdan-soldan oxla vurular,Gecə qarıların evində qalar.

خوف در جان و طوف در سرگینگه به آن خانه پوید و گه این

Gəzər peyinlikdə qorxuyla hər an,O evə, bu evə qaçar durmadan.

دهیانش به سر در آویزندشهریانش به قهر خون ریزند

Kəndli başıüstə asarsa əgər,Şəhərli qəzəblə qanını tökər.

باز چون میل آب و دانه نکردبر زمین آشیان و خانه نکرد

Elə ki, dən, suya o, meyl etmədi,Özüyçün yurd mənzil o, düzəltmədi,

چند روزی به محنت و زاریکه ریاضت کشید و بیداری

Neçə gün ah çəkər, görər əziyyət,Gecə oyaq qalıb çəkər riyazət.

لایق دست میر و شاه شوددر خور مسند و کلاه شود

Əmir, şah əlinə layiq görülər,Taxta, taca yenə layiq görülər.

تا درو فر شاه کار کندمرغ ده سنگ خود شکار کند

O, şah qayğısilə yaşasa ancaq,On öz ağırında ov ovlayacaq.

از بلندان نظر بلند شودتا نصیب تو چون و چند بود؟

Böyüklər yanında böyüyər insan,Bəs sənin qismətin nolacaq, aman!

فر احمد چو در علی پیوستدر خیبر گرفت در یکدست

Əhmədin fərri ki, Əliyə çatdı,Xeybər qapısını bir əllə atdı.

گر تو داری، مبند بر خود راهور نداری، ز دیگران میخواه

Bağlama yolunu varınsa imkan,Yoxunsa get, istə başqalarından.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri