Cami-Cəm, fəsil 82
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
تا تو را شهوت و غضب یارستهر زمان توبهایت در کارست
Olduqca qəzəblə şəhvət sənə yar,Tövbə eyləməyə hər vaxt imkan var.
شستن جان و تن ز ظلمت عارنتوان جز به آب استغفار
Canda, bədəndəki zülməti ancaqBil, tövbə suyuyla mümkündür yumaq.
توبه صابون جامهٔ جانستتوبه زیت چراغ ایمانست
Tövbə, sabunudur can paltarının,Tövbə, həm yağıdır din şamlarının.
دست وقتی به توبه دانی بردکه ز اوصاف بد توانی مرد
Tövbə etmək olar ancaq o zaman,Sən pis sifətlərdən azad olasan.
تا دلت را ز غیر اورنگیستپیش راهت ز شرک خرسنگیست
Nə qədər qəlbində ondan qeyri var,Yolunda dinsizlik qayası durar.
دست دادی که: توبه کردم زوددست دادی و دل نداد، چه سود؟
Əl verdin, söylədin: “Tövbə etdim, bax!”Əl verdin, ürəksə vermədin ancaq.
توبه کان تن کند، نمازی نیستکار بیدل مکن، که بازی نیست
Bədənin tövbəsi namaz sayılmaz,Ürəksiz iş görmə, bu yaxşı olmaz.
آتش توبه پاکسوز بودتا که باقیست شب، چه روز بود؟
Təmiz yandırandır tövbə odu, bax!Qaldıqca gecə yox, gündüz olacaq.
هر که در توبه پایدار آمددر دگر رکنها سوار آمد
Tövbədə səbatlı olan bir adam,Başqa işlərdə də atlıdır tamam.
عادت خواجه ترک عادت نیستهوسی دارد، این ارادت نیست
Adət tərki deyil xacəyə adət,O, həvəs quludur, hanı iradət?!
تا که در لذتی، بده دادشچو گذشتی، دگر مکن یادش
Bir ləzzət görəndə gəl vermə bada,Ötüb keçəni də heç salma yada.
گر بهشتی، چراش میمانی؟کودکی باشد این پشیمانی
Əgər qoymayıbsan, nə axtarırsan?Burda uşaqlıqdır olmaq peşiman.
برکند بیخ جمله کاشتهاالتفات تو با گذاشتها
Sənin qalanlara etdiyin hörmətBütün əkinləri məhv edər, əlbət.
از گنه چون به توبه گردی دورظاهر و باطنت بگیرد نور
Tövbəylə günahdan sən olsan kənar,Zahirin, batinin nura boyanar.
زهد بیتوبه کی قرار کند؟نفس بیتصفیت چهکار کند؟
Tövbəsiz itaət olmaz bərqərar,Nəfs təmizlənməsə nə işə yarar?!
توبه تا خود کنی تو، خام آیدتوبه کایزد دهد، تمام آید
Çiy olar, tövbəni sən özün etsən,Tövbə kamil olar Haqq versə həmən.
از گنه توبه کن، ز طاعت همطاعتی کز ریا شود محکم
Günahdan tövbə et, taəti burax!Elə taəti ki, riyadır ancaq.
توبه چون باشد از خللها دوراز محبّت به دل درآید نور
Tövbə hiylələrdən olarsa uzaq,Qəlbə məhəbbətdən nurlar dolacaq.
توبه اول مقام این راهستآخرینش محبّت شاهست
Ən ilk mənzilidir tövbə bu yolun,Şaha məhəbbətdir sonu da onun.
در مقامی چو مرد رُست آیددر مقام دگر درست آید
Kişi bir mənzildə düz olsa əgər,Bütün mənzilləri belə düz gedər.
توبه را با سلوک این هنجارهمچو پرهیزدان و داروی کار
Tövbə bu qaydayla edilən zaman,Sən onu pəhriz say, hər işə dərman.
گرنه پرهیز بر نظام بودماده ناپخته، خلط خام بود
Pəhriz qaydasında olmasa müdam,Yara yetişməmiş, dərman olsa xam,
در چنین حالت ار خوری داروراست کن گور در پس بارو
Əgər dərman içsən belə zamanda,Özünə qəbir qaz hasar dalında.
خانه چون تیره و سیاه شودنفش بر وی کنی، تباه شود
Əgər ev qaranlıq, qarasa divar,Orda şəkil çəksən, şəksiz, zay olar.
در زمین آنکه خار و خس بگذاشتتخم در وی کجا تواند کاشت؟
Kim yerdə daş-tikan qoyarsa əgər,Nə sayaq orada o, toxum əkər?!
توبه چون راست شد ز بینش غیربتوان راست رفتن اندر سیر
Qeyri aldatmaqçün tövbə etsən sən,Seyrdə yolu düz gedə bilməzsən.
حق پرستی، نظر به غیر مکنکعبه دیدی، گذر به دیر مکن
Sən haqqpərəstsənsə, baxma özgəyə.Kəbəni gördünsə, getmə kilsəyə.
خرقهپوشی، به ترک عادت کوشورنه خمّار باش و خرقه مپوش
Xirqə geyindinsə, adəti tərk et,Yoxsa xirqə geymə, sərxoşluğa get.
ترک این توبه کن، که می خوردنبه ز قی کردنست و قی خوردن
Tərk et bu tövbəni, xoşdur mey içmək,Qusub, qusduğunu yeməkdən əl çək!
تو مرید برنج و بریانیبه چنین توبه ره کجا دانی؟
Plov, qovurmanın müridisən sən,Bu tövbə yolunu hardan bilərsən?!
رخ چو در توبه آوری ز گناهتوشه از درد ساز و گریه و آه
Tövbəyə üz tutsan əgər günahdan,Azuqə hazırla kədərdən, ahdan.
بازگرد از در هوی و هوسبه طریقی که ننگری از پس
Həvəs qapısından döndər üzünü,Bir daha arxaya tutma gözünü,
نه که چون توبه از گناه کنیباد پندار در کلاه کنی
Yoxsa günahlardan tövbə edəntək,Dolmasın papağın yel ilə, gerçək.
که: چو دادم به توبه خود را دستتنم از آتس جهنم رست
Demə, tövbə etdim, nə dərdim mənim,Artıq cəhənnəmi görməz bədənim.
برنهی میزر و گلوته به سردل پی سیم و چشم در پی زر
Başında çalma var, üstündə papaq,Qızıldır, gümüşdur qəlbində ancaq.
تا تو بر آرزو سوار شوینپسندم که توبه کار شوی
Arzu köhləninə atlandıqca sən,Etdiyin tövbəni bəyənmərəm mən.
از سر اینهات تا بدر نروددر منه پای، تات سر نرود
Bunlar çıxmayınca sənin başından,Başın getməyirsə, getmə heç zaman!
دست پیمان بده به این مرداندست دادی، مباش سرگردان
Ver peyman əlini bu insanlara,Əgər əl verdinsə, olma avara.
در میاور به عهد ایشان دستکان که این عهد را شکست شکست
Onların əhdini sındırma, zinhar,Bu əhdi sındıran özü məhv olar.
شیخ شیرست، نزد شیر مروچون نداری سپر دلیر مرو
Bil ki, şeyx aslandır, yanına getmə,Cigərin yoxdursa, cəsarət etmə.
سپرست این که میدهد پیرتچون بینداختی، زند تیرت
Pir sənə nə versə qalxandır, inan,Sən onu tullasan, oxlanacaqsan.
پیر راه، ار چه پیر زن باشدبر دل تیره تیر زن باشد
Bir qarı olsa da pirin, aşikar,Qara ürəkləri oxlayan olar.
دست شیخ ارچه از فتوح ملاستبر تن بیثبات دست بلاست
Fəthlər görmüşdür, bil, şeyxin əli,Ancaq səbatsıza bəladır, bəli!
خود نباید به کوی توبه گذشتآنکه یکروز باز خواهد گشت
Hər kəs ki, bu yoldan bir gün dönəcək,Tövbə qapısına getməsin gərək.
شیخ کو را ز دل خبر نبوددادن توبه را اثر نبود
Bir şeyxin ürəkdən yoxsa xəbəri,Verdiyi tövbənin olmaz əsəri.
توبه آنرا بده که دل داردورنه فردا ترا خجل دارد
Ürəyi olana tövbə ver ancaq,Yoxsa, sabah səni utandıracaq.
مستان از مرید بیدل دستکه قلم دور شد ز بیدل و مست
Ürəksiz müridə əl vermə, zinhar,Məstdən, ürəksizdən qələm də qaçar.
دست بیمار در مگیر به مشتکه نه بر نبض مینهی انگشت
Gəl alma ovcuna xəstə əlini,Sən yoxlamırsan ki, onun nəbzini.
پر به تقلید توبه کار شدندکه همان رند و باده خوار شدند
Çoxları təqlidlə tövbə etdilər,Rindliklə, məstliklə batıb getdilər.
بکشی صد کس اندر این گرماکه به محرور میدهی خرما
Əgər bu istidə xurma versən sən,Yüzlərlə insanı öldürəcəksən.
Kitabxana.az · https://kitabxana.az/works/ovhadi-cami-cem-82
← → düymələri ilə keçid, R — təsadüfi şeir