Kəpənək
Mənəm qanadlı çiçək,Adım isə kəpənək.Al-əlvan xallarım var.Qızıl kimi parıldar.Qanadımı açaram.Budaq-budaq uçaram.Yuvam, otağım ancaqOlur yaşıl bir yarpaq,Mənim dostumdur hər gül,İncə telli göy sünbül.Oynağımdır çöl, çəmən,Məni tutmaq istəyən,Ey mehriban uşaqlar,Siz yaşayın bəxtiyar!Mənim də bu dünyadaBir başqa aləmim var...
Kitabxana.az · https://kitabxana.az/works/saiq-kepenek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Salman adlı bir ovçu var idi. Ovçular bir yerə toplananda Salman öz ovçuluq məharətindən uzun-uzadı danışır və onların yanında öyünürdü. Yoldaşları ona çox zaman dodaqaltı gülüb bir söz demirdilər.Bir gün iki ovçu, Heydər ilə Atakişi dovşan ovuna çıxmışdılar. Xeyli axtarışdan sonra qarşılarına zorba bir dovşan çıxdı. Heydər fürsəti fota verməyib cəld dovşanı nişan aldı. Atəşin açılması ilə dovşanın səndələyib yerə yıxılması bir oldu. Dovşanı götürüb getmək istərkən gördülər ki, budur, uzaqdan ovçu Salman gəlir. Atakişi gülə-gülə Heydərə baxdı:
Sözün qiymətiNağılVarlı bir tacirini üç oğlu varmış. Tacir kiçik oğlunu hamısından çox istəyirdi. Böyük qardaşlar paxıllıq edib deyirdilər: “Atamız onu görəsən nəyə görə bizdən çox istəyir? Onun bizdən nəyi artıqdır?”
Timsah ovuGünəş tovuz qanadlarını Nil çayı sahillərinə çətir kimi açmış, quşlar xurma, limon və portağal ağaclarında səhər şənliyinə başlayaraq, budaqdan-budağa atılır, yeni doğmaqda olan günəşi şən nəğmələri ilə salamlayırdı. Səid, oğlu Nail ilə xurma ağaclarının quru budaqlarını kəsib yerə atırdılar. Bu zaman arvadı Zəhra aşağıdan səsləndi:– Səid, qapıya arşın malçı gəlmişdir, pul ver, Naziləyə paltarlıq üçün üç arşın çit alım.
Usta BəxtiyarBir gün öz taleyindən razı olan zalım bir padşah əyanları arasında oturub onun haqqında deyilən təriflərə fərəhlə qulaq asırdı. Qoca vəzirinin bu söhbətlərdə iştirak etmədiyini hiss edincə şahın əhvalı pozuldu, vəzirin bu söhbətlərə münasibətini bilmək məqsədilə soruşdu:– Vəzir, dünyada məndən daha bəxtiyar adam varmı?..
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bir nazənin huri mələk simalıGəldi, məni gördü, güldü, qayıtdı
ƏzizŞükür, gördüm camalmı, yanağı gülşən, əziz.Zülfündən xəcalət çəkər sünbülü-reyhan, əziz.
Ey mənim laləzər çiçəkli bağçamEy mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,
Çəkmə, ey dust, məni məscidi-viranə sarıÇəkmə, ey dust, məni məscidi-viranə san,Genə çəksən də məni, çək barı meyxanə sarı,