Sözün qiyməti
Nağıl
Varlı bir tacirini üç oğlu varmış. Tacir kiçik oğlunu hamısından çox istəyirdi. Böyük qardaşlar paxıllıq edib deyirdilər: “Atamız onu görəsən nəyə görə bizdən çox istəyir? Onun bizdən nəyi artıqdır?”
Çox çəkmədi ki, qardaşların narazılığından ata xəbər tutdu. Qardaşları razı salmaq üçün o öz sevimli kiçik oğlunu bir dəfə də sınamağı qərara aldı.
Tacirini alma boyda çox qiymətli bir cavahiri varmış. Bu cavahir tacirini bütün var-dövlətinin yarısına bərabər imiş. Bir gün tacir hər üç oğlunu hüzuruna çağırtdırır. Oğlanlar atalarının qarşısında əmrə müntəzir dururlar. Tacir əlindəki cavahiri böyük oğluna verib dedi:
– Oğlum, bilirsən ki, bu cavahirin mənim bütün var-dövlətim qədər qiyməti var. Al, bunu yerə çal, qırılsın!
Böyük oğlu cavahiri əlinə aldı. Bir əlindəki cavahirə baxdı, bir də atasına baxıb dedi:
– Ata, belə qiymətli cavahiri mən yerə vurub qıra bilmərəm hayıfdır.
Tacir: “Mərhaba oğlum”, – deyib cavahiri ortancıl oğluna verir:
– Al, hünərin varsa, sən bu cavahiri yerə çal!
Tacirini ortancıl oğlu da böyük qardaşı kimi cavahiri qırmağa cəsarəti çatmır. Axırda tacir cavahiri kiçik oğluna verib onu yerə vurub qırmasını tapşırır.
Tacirin ağzından söz çıxan kimi kiçik oğul cavahiri çalıb parça-parça edir. Böyük və ortancıl qardaş kiçik qardaşlarının bu ağılsız hərəkətinə heyrət edirlər. Qardaşları bu vəziyyətdə görüb tacir kiçik oğlundan soruşur:
– Oğlum, sən bu cavahirin qiymətini bilə-bilə, necə oldu ki, onu heç elədin?
Kiçik oğul ehtiramla cavab verdi:
– Ata, o cavahir nə qədər qiymətli olsa, sənin sözün mənim üçün daha qiymətlidir.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-sozun-qiymeti
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
IQışın dondurucu bir günü idi. Soyuq qılınc kimi kəsirdi. Göylər matəmlilər kimi, qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdü. Küçələrdə koma-koma duran qarlar üzərində qarğalar qorxaq baxışlarla gəzinirdi. Qalın palto, isti paltar geyinmiş adamlar bəzəkli və isti mənzillərindən çıxıb piyada, ya arabalar içində rahat-rahat küçələrdən keçirdilər. Bu dondurucu qış, bu sərt soyuq onlar üçün əyləncədən başqa bir şey deyildi.
KöçMayın gözəl bir səhəri idi. Dan yeri yenicə ağarmağa başlamışdı.Yatağımda yatırdım. Birdən-birə anamın yavaşca: “Oğlum, qalx, yaylağa gedirik” deməsindən gözlərimi açdım. Anam başımı əlləri içinə alaraq bir də: “Qalx oğlum! səndən başqa hamı hazırdır, arabamız da gəlib” – dedi.
DaşqınBaharın dumanlı səhərinin rütubətli havasını udduqca yatağımdan qalxmaq istəmirdim. Boğazıma qədər yorğana sarılaraq gəmiklərim qızındıqca nəşəli bir kəsalət içində gözlərimi qapayıb qulaqlarımın ucunda çınlayan həzin bir gurultunu dinləyirdim. Birdən-birə artırmadan: “Kür daşmış, Kür daşmış!” – deyə ucadan heybətli səsdən dimdik qalxdım. Əlbəsəmi geyinər-geyinməz Kürə baxan uzun artırmaya qoşdum. Dəli Kür iki metroya qədər yüksəlmiş, sahilləri hiddətlə çeynəyən acıqlı boz dalğalar uzaq ormanlardan, bağlardan qoparıb gətirdiyi iri ağacları və sahildəki yoxsul taxta külbələri önünə qataraq qamçılaya-qamçılaya uzaq yerlərə götürüb gedirdi. bir çocuq hissi ilə bu amansız daşqının yapdığı fəlakətlərin seyr və tamaşasına dalmışdım...Sahil boyu uzanıb gedən sarp qayalar, yaşıl təpələr və hər tərəfdə gurultu qoparan tamaşaçılar, sevincindən hoppanıb-düşən çocuqlar bu mənzərənin gözəlliyini bir qat daha artırmışdı. Birdən-birə sahillərdən qopan müdhiş bir bağırtı qəlbimdə dərin bir həyəcan oyatdı. Nəhrin qaynağına doğru baxarkən suyun ortasında bir dəyirmançı külbəsinin qara dalğalarla çarpışa-çarpışa aşağı doğru axıb gəldiyini gördüm. İçindəkilər uzaqdan bir pişik yavrusu qədər görünürdü. Əllərini sahillərə doğru uzadaraq yardım istəyən bağırtıları hiddətli boz dalğaların gurultuları içində yayılıb gedirdi. Uzaqdan seyr edən tamaşaçılar bu müdhiş mənzərəyə çox acıdıqları halda, kimsədə onları qurtarmaq arzusu yox idi. Kür nəhri təbii halında axdığı zaman tam ortasında kiçik bir adacıq görünürdü. Sellərin gətirdiyi ağaclardan bir neçəsi haman quruda dərin köklər atmış olduğundan yerləşib qalmışdı. Yay zamanı ora kiçik yaşıl bir ada kimi canlanırdı. Üzgüçülər çox vaxt üzə-üzə gedib dörd tərəfi su olan o quruda, o kiçik adacıqda dincəlirdi. Bu dəfə də sellərin ilk gətirdiyi bir neçə qol-budaqlı iri ağac o dayaz yerdə möhkəm yerləşib qalmışdı. Külbə get-gedə yaxlaşır və nəhrin ortası ilə ağaclara doğru qoşurdu. Bu hal sahildə alay vuran tamaşaçıların qəlbində ümid nuru doğurmuş olduğundan hamı böyük bir maraq içində işin nəticəsini bəkləyib dururdu.
GöbələkTiflisdə olduğum günlərin ən bəxtiyar saatlarını “Gəncə bağında” keçirirdim. Qaynaşan gurultulu həyatdan özünü bir dağ yamacına çəkmiş və hər tərəfi uca, qalın divarlarla qucaqlaşmış bu bağın iri dəmir qapısından içəri girincə hər şeyi unudur, qarşımda başqa dünya, başqa aləm açılırdı. Təbiətcə ən gözəl bir lövhəyə təqlid edilərək düzəldilmiş bu bağın çox təbii görünən pərişan gözəllikləri, dolaşıq eniş-yoxuş yolları, başlarını bir-birinə əymiş uca və sıx ağacları vardı. Hər gün kəsə cığırlarla aşağıya, dərəyə qədər enər və orada bir daş üstündə oturub, saatlarla fikrə gedər, düşünərdim.Payızın dumanlı bir günü idi. Adətim üzrə, “Gəncə bağını” gəzdikdən sonra qısa addımlarla evə qayıdırdım. Birdən-birə arxadan eşidilən bir səsdən geri döndüm. Üst-başı təmiz, səliqəli geyinmiş bir gənc əli ilə “dur!” işarəsini verdi. Durdum. Yaxınlaşdı. Görüşdük.
Başqa şairlərin şeirləri
Sahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
Ey həmdəmim, gəl ki, gedər can durmazEy həmdəmim, gəl ki, gedər can durmazSənsiz tutmaz söyləməyə dillər hey.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Arifnamə, fəsil 6حجابِ زن که نادان شد چنینستزنِ مستورۀ محجوبه اینست