Cami-Cəm, fəsil 88
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
طلبت چون درست باشد و راستخود در اول قدم مراد تراست
İstəyin olarsa düzgün və doğru,Birinci addımda muradındır o.
حق چو خواهد که بنده راه برداز بدیهایش در پناه برد
Haqq bəndəni yola gətirən zaman,O, qoruyur onu yamanlıqlardan.
بنده توفیق را چو اهل شودگر چه سختست کار، سهل شود
Olarsa bəndəyə uğurluluq yar,Çətinlər onunçün tez asan olar.
اولین پایهٔ ارادت توترک خوی به دست و عادت تو
İradət etməyin ilk pilləsi, bax!Pis xülqü, adəti atmaqdır ancaq.
شیخ چون نزد خویش دادت باراختیار خود از میان بردار
Şeyx sənə yanında yer verən zaman,Bir yolluq əl götür ixtiyarından.
تا مرید از مراد نفس نمردره به آب حیات عشق نبرد
Boğmasa nəfsini mürid olan kəs,Dirilik suyuna yol tapa bilməz.
سر مرد آنگهی شود زندهکه شود نفس او سرافگنده
O zaman kişinin başı ucalarKi, nəfsinin başı aşağı olar.
گر نهی قدر دوست را نامیقدر خود را مهل، بزن گامی
Sən dostun qədrinə əgər versən ad,Bir tutma qədrini onunla, heyhat!
چون حدث در قدیم پیوندددر هستی به خویش دربندد
Əgər qovuşarsa köhnəyə təzə,Varlıq qapısını bağlayar üzə.
مرشدی کو به عجب راه نمودنزد عاقل چه او چه عاد و ثمود؟
Əgər lovqalığa yol versə mürşid,Aqillər mürşid yox, onu sayar büt.
عجب گبری کند مسلمان راعجب دیوی کند سلیمان را
Lovğalıq gəbr edər, bil, müsəlmanı,Lovğalıq div edər həm Süleymanı.
ببر از عجب، تا شوی منظورکه کند عجبت از نظرها دور
Gen qaç lovğalıqdan ad-san istəsən,Bil, salar lovğalıq səni gözlərdən.
دیو چون عجب داشت سجده نکردعجب، یکسونه، ای فرشته نورد
Div səcdə etmədi, lovğaydı, əlbət,At bu lovğalığı, ey mələksifət.
عجب ورزی پلنگ و ببر شویبهل این عجب اگر نه گبر شوی
Lovğalıq eyləsən olarsan bəbir,Əl çək lovğalıqdan, sən olma kafir.
عجب بلعام را چو شد در پوستسگ اصحاب کهف بهتر ازوست
Bələmə, nəzər sal, lovğalığındanƏshabi-kəhf iti yaxşıdır ondan.
با جوی عجب در ترازوی رازهیچ باشد هزار ساله نماز
Sirr tərəzisində bir dən lovğalıqMin illik namazı heç edir artıq.
دیدم و نیست در جهان باریبهتر از عجز و نیستی کاری
Gördüm bu dünyada, seyr elədim çox,Təvazökarlıqdan yaxşı bir şey yox!
Kitabxana.az · https://kitabxana.az/works/ovhadi-cami-cem-88
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Naz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
İstərəmÇoxdu cahan içrə nazənin dilbər,Özümə münasib yarı istərəm.
Gəraylı: Yeri get, ey kafir qızıYeri get, ey kafir qızıƏyninə gey, al qırmızı