Cami-Cəm, fəsil 89
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
مرشدی را ملامتی افتاددر مریدان قیامتی افتاد
به خصومت میان فرو بستندوز پی خصم او برون جستند
زان مریدان یکی که داناتربه فنون هنر تواناتر
در تحمل ز بس تمام که بودبنجنبید از آن مقام که بود
حاضری چون دلش شکیبا دیداز وی آن حال را نه زیبا دید
گفت: حقی که در شمار آیداین چنین روز را به کار آید
آنمریدش جواب داد که: باشدل خویش و درون ما مخراش
شیخ را از من این نباشد چشمبر من از خامشی نگیرد خشم
رنج او چون هبا توان کردنخرقه دیگر قبا توان کردن
باز چون تخم فتنه پاشد شیخبا مریدان چه کرده باشد شیخ؟
تا کسی راسخ و امین نبودلایق صحبتی چنین نبود
گر تو خواهی که کار دین سازیبار دنیی ز خود بیندازی
نقش لوح خودی چو بتراشیقلمش رخ نهد به جماشی
گر کند بر تو بیادب انکارتو بکوش و ادب نگه میدار
Bir yol bir mürşidə etdilər töhmət,Müridlər içində qopdu qiyamət.
Onlar düşmənliyə peyman etdilər,Düşmənin qəsdinə çıxıb getdilər.
Ancaq müridlərdən aqil bir nəfər,Elmlərə sahibdi kifayət qədər.
Bütöv olduğuyçün dözümü iləƏsla tərpənmədi yerindən belə.
Ordakı bir nəfər səbirsiz idi,Onun bu halını heç bəyənmədi.
Dedi ki, edilən yaxşılıq ki, var,Ancaq belə gündə işə yarayar.
Mürid cavab verdi, bir toxta, dayan,Didmə qəlbimizi belə nahaqdan.
O, izin verməsə, yumruq vurmaram,O, on il odumu söndürmüş tamam.
Belə iş gözləmir məndən şeyx özü,Mən sussam, inciməz o, məndən, düzü.
Necə heç eləyim zəhmətlərini?!Necə don eyləyim axı xirqəni?!
Şeyx fitnə toxumu səpirsə əgər,Özü müridlərə neyləyə bilər?!
Doğru, düz, səbatlı olmayan bir kəs,Belə söhbətlərə layiq görülməz.
Dinin işlərini istəsən görmək,Dünyanın yükünü atasan gərək.
Mənlik lövhəsindən naxışı silsən,Çevir elmə tərəf qələmini sən.
Səni təhqir etsə ədəbsiz bir kəs,Çalış ədəb gözlə, hirslənmə əbəs.
Kitabxana.az · https://kitabxana.az/works/ovhadi-cami-cem-89
← → düymələri ilə keçid, R — təsadüfi şeir