پر دلی باید از عوایق دورتا درین خلوتش دهند حضور

İnsan maneədən gərək olsun gen,Ta ona xəlvətdə hüzur verilsin.

پر دلی کو ز جان نیندیشدسخن آب و نان نیندیشد

Hanı o ürəkli qorxmasın candan,Su, çörək sözünü anmasın bir an.

گشته تسلیم ره نمایندهتا چه گردد ز وقت زاینده؟

Yolu göstərənə təslim olaraqVaxtın işlərini gözləsin ancaq.

تحفهٔ جان نهاده بر کف دستروی دل کرده در سرای الست

Ovcuna alaraq canı töhfətək,“Ələst”ə üz tutsun ürəyi gərək.

سر به دریای «لا» فرو بردهتن به مرگ آشنا فرو برده

“Yoxdur” dəryasına quylasın başı,Bədəni ölümün olsun yoldaşı.

تا چو در وی کند سعادت روتخته بیرون برد به ساحل «هو»

Ona səadət üz göstərən zaman,Töhfəni onunçün aparsın haman.

خاطری تیز و فکرتی ثاقبواردات جمال را راقب

İşıqlı bir fikir, iti huş iləOnun calalına meyl etsin belə.

در بر وی حواس بر بستهبه نظرهای خاص پیوسته

Qapını bağlasın həvəs üzünə,Gözü xas kəslərin baxsın gözünə.

ترک این عدت و عدد کردههر چه غیر از خداست رد کرده

Tərk etsin çoxluğu, sayı aşikar,Rədd etsin Allahdan başqa hər nə var

رستمی پشت کرده بر دستانروی در تیغ کرده چون مستان

Rüstəm tək meydana vursun özünü,Məstlər tək qılınca tutsun üzünü.

یاد او میکنی، به زاری کنسر او را خزینه داری کن

Onu yad edəndə, sən yalvar-yaxar,Onun sirlərinə ol xəzinədar.

به زبان نفی کن، به دل اثباتتا دلت پر شود ز عزت ذات

Ürəkdə təsdiq et, dildə inkar et,Doldursun qəlbini ondakı izzət.

چه به چپ در دهی ندا از راست؟که جزو هر چه هست جمله هباست

Soldan hay deyəndə səs-gəlsin sağdan,Ondan başqa nə var, zərrədir haman.

از زبان در دلت گشاید راهمعجز لا اله الاالله

Dilindən qəlbinə yollar açacaq,“Yoxdur Haqdan başqa bir Tanrı” ancaq.

گله در چول و غله اندر چالنتوان داشت چله از سر حال

Taxıl quyudadır, sürü çöldə bax,Olarmı bu qayda çillə saxlamaq?!

از چهل خصلت ذمیمه ببرتا تو در چله فرد باشی و حر

Qırx yaman xisləti tərk eyləsən sən,Çillədə tək, azad ola bilərsən:

چیست آن کبر و نخوت و هستیغضب و کید و غفلت و مستی

Təkəbbür, mənəmlik, özünü çəkmək,Qafillik, sərxoşluq, hiylə, qəzəb, şəkk,

بطر و ریب و حرص و بخل و حیلبغض و بدعهدی و دروغ و دغل

Tərəddüd, paxıllıq, kələk, kin, tamah,Yalançı, saxtakar, vəfasız olmaq.

شهوت و غمز و کندی و تیزیفسق و بهتان و فتنه‌انگیزی

Şəhvət, naz, yüngüllük, ağırlıq etmək,Pozğunluq, nankorluq, insan incitmək,

طیش و کفران و مردم‌آزاریهزل و غذر و نفاق و خونخواری

İsraf, böhtançılıq, bir də fitnə, lağ,Fırıldaq, qan içmək, riya və nifaq

حسد و آز جبن و زرق و ریاکسل و ظلم و جور و حقد و جفا

Hirs, ikiüzlülük, acgözlük, həsəd,Zülüm, cövr, cəfa, süstlük və nifrət –

آنچه گفتم به خویشتن مپسندعکس اینها ببین و کارش بند

Hər nə söylədimsə, ondan qaç uzaq,Onların əksiylə məşğul ol ancaq.

پس به خلوت نشین و زاری کندر فرو بند و چله داری کن

Sonra da xəlvətdə oturub ağla,Qapını bağlayıb sən çillə saxla.

هر که زین پر شد و از آن خالیدر ممالک ولی شد و والی

Buna yiyələnib onlardan qaçanÖlkəyə vəlidir, həm vali, inan.

دل او دفتر فرشته شودبه حروف دگر نبشته شود

Könlü mələklərin dəftəri olar,Başqa hərflər ilə adı yazılar.

خلوت اینست و چله این باشدصفت عارفان چنین باشد

Çillə elə budur, bax budur xəlvət!Budur ariflərə yaraşan sifət!

دل، که خالی نگشت بازاریستخیز و خالیش کن که این کاریست

Boşalmayan ürək olar bir bazar,Qalx, onu boşalt ki, bu yaxşı olar!

آنکه فرمود کار به عین صباحگر به اخلاص نیست، نیست مباح

Sənə buyurmuşlar çillə saxlamaq,Haramdır,ixlasla etməsən ancaq.

مهل اندر دل خود از وسواساثری از غرور «الخناس»

Qəlbində şübhəyə yer vermə hərgiz,Şeytan qürurundan orda qoyma iz.

اگر این «قل اعوذ» برخوانی«قل هوالله» باشدت ثانی

“Quləuz” surəsin oxusan əgər,“Qulhuvəllah”ı da eyləsən əzbər,

چون قوی دل شدی ز عالم غیببهر چه خواهی بیابی اندر جیب

Qəlbin qüvvət alar qeyb aləmindən,Tez əldə edərsən hər nə istəsən.

مرغ همت ز گنج خانهٔ حالبر وجود بگستراند بال

Himmət qartalı da hal evindən, bax,Vücudun üstünə kölgə salacaq.

به مرید ار خبر دهند از غیبدر چنین حالتی نباشد عیب

Müridə qeybdən versələr xəbər,Bu halda eyb olmaz o zərrə qədər.

تا به شیخش یقین درست شودبه ریاضت امین و رست شود

Şeyxinə inamı düz çıxan zamanOlar riyazətdə möhkəm, düz haman.

بشناسد جزای رنج که بردبه چنان دستگاه و گنج که برد

Çəkdiyi zəhmətə görər mükafat,Çatar o xəzinə, dəstgaha, heyhat.

نظر شیخ بر دلش تابدراز دلها برمز دریابد

Könlünə baxışı şeyxin nur çilər,Ürək sirlərini rəmzlərdən bilər.

شودش ذهن از آن زبان بستنبه حدیثی چو گوهر آبستن

Susaraq durmaqdan zehni də, gerçək,Dolar sözlər ilə xalis gövhər tək.

دل او گنج هر بیان آیدوز دلش بر سر زبان آید

Ürəyi hər sözə xəzinə olar,Könlündə olanı dilinə alar.

به چنین نیستی چو گردد هستدلش از جام فقر گردد مست

Belə bir yoxluqla var olan zamanÜrəyi məst olar fəqr camından.

نسیه و نقد خود بر اندازدصدق دستور حال خود سازد

Atar nisyəsini, nəqdini, düzü,Yolgöstərən edər sidqini özü.

چو ز دلها شود به صدق آگاهدر دل او شود ز دلها راه

Sidq ilə qəlblərdən ta agah olar,Qəlblərdən qəlbinə yollar açılar.

هر چه را بر دلش گذر باشدشیخ را چون از آن خبر باشد

Onun ürəyindən nə keçsə əgər,Şeyx əgər onlardan tutarsa xəbər,

مهربان و شفیق او گرددبه دل و جان رفیق او گردد

Onunla şəfqətli olar, mehriban,Onunla dost olar ürəkdən, candan,

ز سماع و حدیث و خفت وز خوردآن پسندد برو که بتوان کرد

Sima, söhbət, yemək, yatmaqdan, əlbət,Mümkün olanları görər məsləhət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri