تا ندانی اله را ز نخستاین گواهی نیاید از تو درست

Allahı əvvəldən tanımasan sən,Heç vaxt doğru çıxmaz şəhadət kəlmən.

نیست در هیکل الف بی تیخوبتر زین دو نفی و اثباتی

Əlifba məbədi tanımır, inan,Yaxşı şey bu iki təsdiq, inkardan.

گنج توحید را بهینه طلسمنشناسم جزین دو نامی اسم

Tovhid xəznəsinə bu iki addanDaha yaxşı tilsim tanımır zaman.

خود حروفی بدین صفت بایدکه کلید بهشت را شاید

Belə bir sifətə malik olan sözCənnətin açarı olacaq, sözsüz,

گر به تحقیقشان ندانی ارجشد دو بدر اندرین دو چارده درج

Onların qədrini bilməsən əgər,İki bədr bu iki on dördə düşər,

هر یکی زین چهارده گانهده کلیدست و چار دندانه

Bu on dörd dənənin hər biri, aşkar,Dörd dişdir, bir də ki, on dənə açar.

اندرین اتفاق نیست شکیکه دو قسمند و هر دو قسم یکی

Əsla bu birliyə yoxdur şübhə, şəkk!İki qism, hər biri eynidir, gerçək.

اول و آخر و کلام و سورنیست از بیست و هشت حرف بدر

Kəlamın, surətin başı, sonu, bil,Bu iyirmi səkkiz hərfdən gen deyil.

این حروفند و بس منازل ماهبلکه اینند و بس منازل راه

Ayın da mənzili bu hərflərdir bax,Elə yol, mənzil də bunlardır ancaq.

سخنی زین حروف نیست بدرای حریف، از حروف ما مگذر

Bir söz kənar deyil, bil bu hərflərdənBizim sözümüzdən, ey dost, keçmə sən.

هر چه غیر از خداست اندردهدر دم لای این شهادت نه

Allahdan kənarda nə varsa ancaq,Onu şəhadətin “la”sına burax!

توبه در لای این سخن در جستاین سخن را ببین، که کم خرجست

“La”sında yerləşmiş tövbə bu sözün,Necə də kəmxərcdir bu söz, bax özün!

هر چه در وی نشان غیر بوددر طلب کردنش چه خیر بود؟

Özgə nişanıdır, onda olanlar,Onu istəməyin nə faydası var?!

ترک آن غیر تا نگیری چستاین شهادت نیاید از تو درست

Əgər o özgəni atmasan təmiz,Sənin şəhadətin düz olmaz, hərgiz.

بعد ازین توبه توبه‌ایست درشتکه درو نفس را توانی کشت

Bu tövbə dalında böyük tövbə var,Ancaq onda nəfsi öldürmək olar.

وان به کم خوردنست و کم خفتندور بودن ز خلق و کم گفتن

O tövbə az yemək, az da yatmaqdır,Xalqdan uzaq olmaq, sükut etməkdir.

در طریقت چهار یار اینستچارهٔ کار مرد کار اینست

Təriqətdə dörd yar elə budur bax!Həm budur işlərin çarəsi ancaq.

چون درین بوته پاک شد زر اوبه دکان آورند جوهر او

Onun bu butədə saf olar zəri,Sonra da dükana gələr gövhəri.

مدتی چشم و گوش باز کنداز مراد خود احتراز کند

O, göz-qulağını bir müddət açar,Öz muradından da uzağa qaçar.

هر چه داناش گفت بپذیردوآنچه کرد او به جان فرا گیرد

Bəyənər aqillər nə desə əgər,Onlar nə etsələr, tez mənimsəyər.

تا به گفت و به کرد دانندهشودش کرد و گفت ماننده

Alim dediyinə əməl eyləsə,Xoş gələr, yəqin ki, o, hər bir kəsə.

قول و فعلش چو مستقیم آیددر مقام ادب مقیم آید

Elə ki, düz olar iş ilə sözü,Ədəb məqamında yurd salar özü.

بر نگردد ز کار ده مردهتا شود کاردان و پرورده

Elə ki, işbilən, yetişmiş olar,Görər on kişinin işini, aşkar.

هر چه آید به خفیه در دل پیرکند آماده زود و گوید: گیر

Pirin ürəyindən nə keçsə əgər,Tez hazır eləyib “budur, al” deyər.

هیچ محتاج کن مکن نبودشیخ را حاجت سخن نبود

Əsla “et-etməyə” olmaz o, möhtac,Şeyx bir söz deməyə görməz ehtiyac.

چون درو گردد این نشان روشنشودش دل درست و جان روشن

Olsa bu nişanlar onda aşikar,Qəlbi düz, ruhu da işıqlı olar.

روی و رایش تمام نور شودلایق خلوت و حضور شود

Üzü, iradəsi nura çevrilər,Xəlvətə, hüzura layiq görülər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri