Cami-Cəm, fəsil 23
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
جرم خورشید گرد پیکر خاکمدتی چون بگشت با افلاک
Günəş fələklərlə bir xeyli zamanDolandı başına Yerin durmadan.
آب و خاکش ز عکس تافته شدتبش اندر دو گانه یافته شد
Qızdırdı nurilə suyu, torpağı,Odla su, Torpağın oldu qonağı.
متصاعد شد از میان دو بخارکه دو روحند و در هوا طیار
Bu zaman yüksəldi, bax iki buxar,Göydə iki ruh tək uçdular onlar.
روح خاکی کثیف بود و نژندروح آبی لطیف و نیز بلند
Torpaqdan olan ruh ağır, qubarlı,Su ruhu lətifdi, uca vüqarlı.
روح آبی چو در مشیمهٔ کانمحتبس گشت ز اقتضای زمان
Su ruhu mədəndə yuva salaraqOldu zəmanənin hökmilə dustaq.
روش آفتاب تابش دادحرکت کرد و اضطرابش داد
Gün onu qızdırdı hərarətilə,Saldı iztiraba hərəkətilə.
بر هوا رفت و آب شد، بچکیدبر زمین گرم گشت و پس بتپید
Yüksəlib su oldu, damdı anbaan,Yerdə istilənib, titrədi yaman.
زان صعود و هبوط پیوستهگشت اجزاش روشن و بسته
Daima yüksəlib həm enmək iləGah maye, gah da ki sülb oldu belə.
زمرهای روح مطلقش گفتندفرقهای دهن و زیبقش گفتند
“Mutləq ruh” ad verdi ona bir dəstə,Yağ və civə dedi bir neçə kəs də.
روح خاکی چو پس دخانی بودوندرو اندکی گرانی بود
Yer ruhu, məlumdur, tüstüsüz olmaz,Onda ağırlıq da görünür bir az.
به یکی معدن احتباسش کردجنبش خویش در حراسش کرد
Onu bir mədəndə eylədi dustaq,Müdam hərəkətlə hey qorxuzaraq.
تپشی دایم اندرو پیوستراه بیرون شدش نبود، ببست
Hərarət içində onu saxladı,Çıxmaq yolunu da möhkəm bağladı.
چون بسی روزگارش این شد ورددر گوکان فتاد و شد گوگرد
Keçdi bu qaydayla bir xeyli zaman,Mədəndə kükürd də yarandı ondan.
قدما نفس نام کردندشحکما احترام کردندش
Nəfs adlandırdılar onu qədimlər,Hörmət bəslədilər ona həkimlər.
ذکر این نفس و روح راز نهفتشد به جسمی غبار معدن جفت
Oldu ruhla nəfsin sirləri aşkar,Qubar mədənilə birləşdi onlar.
روح و نفس و بدن مهیا شدکارگاهی ز خاک پیدا شد
Ruh, bədən, bir də nəfs çıxdı meydana,Yarandı torpaqdan belə karxana.
نوبتی دیگر از حرارت کانگرم گشت این سه جزو را ارکان
Mədəndə istidən yenə bu zamanQızdı üç ünsürdə rüknlər yaman.
شد ز حر مقام و ضیق محلعقد آن در رطوبت این حل
Məskən azad oldu, yersə darısqal,O nəm bu düyünü əritdi dərhal.
وین سه را در زمان پیوستنگاه پیمان و دوستی بستن
Bu üç bir-birinə qovuşan zaman,Dostluq eyləyərkən, bağlarkən peyman,
وزن و قدر ار به اعتدال بودتن مصفا و جان زلال بود
Çəkisi, miqdarı olsa bərabər,Canı zülal olar, bədəni saf, tər.
و گر آن آب چون حجر گرددبه مرور زمانه زر گردد
O su çevrilərsə bir daşa əgər,Vaxt ötər, tədricən qızıla dönər.
ور بود وزن زیبق افزونترنقرهای باشد و نگردد زر
Civə ağır olsa çəkidə bir az,Gümüşə çevrilər, o, qızıl olmaz.
ور ز مساوات و وزن این دو بخارتیره باشد ز اختلاط غبار
Bir çəki, ölçüdə bu iki buxarTozla qarışdıqda tezcə qaralar.
نام جسمی چنین حدید بودوین پس از مدتی مدید بود
Yaranan cism özü adlanar dəmir,Onun yaranması uzun müddətdir.
ور ظلمت عدیم نور شدندوز مساوات و وزن دور شدند
Zülmətdən işığa düşsələr əgər,Ölçüdə, çəkidə uzaq düşsələr,
زان تمازج به مذهب هر مسجسد قلع و سرب خیزد و مس
Hermes qaydasıyla bu qarışıqdanQalay, mis, qurğuşun yaranar haman.
وآنچه ملح و شبوب و زاجاتندهم ز تاثیر این مزاجاتند
Zəylər, kuporoslar, duzlar hər nə var,Bu tərkib, təsirdən törəmiş onlar.
هم چنین از دریچهای دگرحال و حکم نتیجهای دگر
Başqa ölçülərlə, birləşsələr, bil,Başqa nəticələr olacaq hasil.
تا شد این خاک پر گهر گنجیخلق نامبرده بر یکی رنجی
Düzdür, xəzinəylə doludur torpaq,Onlara xalq zəhmət çəkməmiş ancaq.
اصل و بنیاد این جواهر خاکاین دو روحند، با تو گفتم پاک
Bu yer dürlərinin əsli, bigüman,Ancaq ibarətdir bu iki ruhdan.
وین جمیع ار نفیس و گردونندزادهٔ اختران گردونند
İstər gözəl olsun bunlar, ya alçaq,Çərx ulduzlarından doğmuşlar ancaq.
زین میان زر بود نتیجهٔ مهرنقره فرزند ماه زیبا چهر
Bunlardan qızılı doğmuş qızıl gün,Ay da anasıdır, düzü, gümüşün.
مس و آهن ز زهره و بهرامبهرهمندند و نور یاب مدام
Misə ata Zöhrə, dəmirə Bəhram,Bunlar nur alırlar onlardan müdam.
قلع از مشتری و جیوه ز تیرزحل اندر سرب کند تاثیر
Qalaya Müştəri, civəyə də Tir,Qurğuşuna Zühəl göstərir təsir.
Kitabxana.az · https://kitabxana.az/works/ovhadi-cami-cem-23
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ay ağalar, sizə tərif eyləyim,Nə iş tutub üzü qarə Murad xan.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər