روز شد، ای حکیم، از آن منزلخبری ده که چون گذشت این دل

Səhərdir, ey həkim, xəbər ver görək,Söylə necə keçdi o yerdən ürək?!

خود ازین آمدن مراد چه بود؟سر این هجر و این بعاد چه بود؟

Bu gəlmək neyçündür, bir eylə əyan!Nədir bu ayrılıq, nədir bu hicran?!

مگر آغاز کار دریابیموز وجود جهان خبر یابیم

Bilək əvvəlini bu işin məgər,Öyrənək dünyanın sirrindən xəbər.

همه دانستنیست این به عیانگر ندانسته‌ای درست بدان

Mümkündür əyani bilmək bunları,Əgər bilmirsənsə, qulaq as barı.

کاولین قسمت از طریق قیاسدر وجود و عدم دهند اساس

Bu ilkin qismətin, özün yaxşı bax!Əsası varlıqla yoxluqdur ancaq.

وین وجود ار فناپذیر بودممکنست ار چه بر اثیر بود

Bu varlıq heçliyə düşürsə əgər,Mümkündür, torpaqdan deyilmi məgər.

ور فنا را بدو نباشد راهواجبست و بدین مخواه گواه

Heçlik bilməyirsə əgər o vücud,Belə olmalıdır, istəmə sübut.

ذات واجب قدیم و فرد بودبی چه و چون و خواب و خورد بود

Vacibül-vücuddur qədim, köhnə, tək,O, bilməz nə? Necə? Yuxu və yemək.

باشد او از جهات نیز به درتو از آن ذات بی‌جهت مگذر

Odur cəhətlərdən xaric hər zaman,Cəhətsiz, səbəbsiz keçmə o zatdan.

هر چه در امتناع و امکانستذات واجب مغایر آنست

Bütün ağlabatan, batmayan nə var,Allahın zatıdır onlardan kənar.

چون شد از امتناع و امکان حرشد ز جودش وجود عالم پر

O, bütün bunlardan yarandı azad,Kərəmlə doldurdu dünyanı o zat.

کرد هستیش اقتضای ظهورزانکه نورست و فاش گردد نور

İstədi özünü zatı göstərmək.O, nurdur, nur olar, aşikar gün tək,

ذات او بر وجود شاهی کردرحمتش رخ به نیک‌خواهی کرد

Zatı bu varlığa oldu padişah,Oldu yaxşılığa kərəmi pənah.

صنع را مظهری ضرورت شدطالب جسم و جان و صورت شد

Yaradan gücünü etməkçün aşkar,Bədən can, surətə oldu xəridar.

اول جمله اوست، عز وجلگر چه آخر ندارد و اول

Hər şeyin əvvəli, böyük və uca,Özünün əvvəli, sonu yox amma.

عزتش چون ز خود به خود پرداختنظری بر کمال خویش انداخت

O, öz qüdrətini hiss etdi məgər,Dönüb kamalına saldı bir nəzər.

زان نظر گشت عقل کل موجودعقل کاو را بدید کرد سجود

Əqli-küll yarandı bu bir baxışdan,Onu ağıl gördü, diz çökdü haman.

نفس کل شد پدید از آن دیدنشد پسندیده زان پسندیدن

Nəfsi-küll yarandı həm bu nəzərdən,Özü bəyənildi, bu bəyənməkdən

نفس چون در سوم نورد افتادسومین جوهر دو فرد افتاد

Üçüncü həmlədə nəfs açdı şəhpər,Oldu iki fərdə üçüncü cövhər.

زان سه رتبت سه بعد پیدا شدپیکر آسمان هویدا شد

Bu üçdən üç ölçü oldu aşikar,Göylərin varlığı oldu payidar.

جوهر نفس چون به خود نگریستتا بداند که حق که و او کیست؟

Nəfs özü-özünə baxdı ki, düzü,Görsün Tanrı kimdir, kimdir o, özü:

عقل و نفس و فلک پدید آمدچرخ در گفت و در شنید آمد

Yarandı ağıl, nəfs, bir də ki,fələk,Danışmaq öyrəndi çərx, həm eşitmək,

هم چنین تا که نه فلک شد راستحکمتش چون بدین فزونی خواست

Sonra doqquz fələk oldu bərqərar,Çünki hikmət verdi bu əmrə qərar.

شد عیان زین دو چار کاشانههفت شاه و دوازده خانه

Sonra da yarandı səkkiz kaşanə,Yeddi şah göründü, on iki xanə.

همه در مهد این همایون رخشروشن آیین و روشنایی بخش

Bu uğurlu Rəxşin qoynunda müdam;İşıq paylayarlar onlar biaram.

نرم خوبان تیز تازندههر یکی پرده‌ای نوازنده

İpək xasiyyətli, iti qaçarlar,Hərə bir pərdədə aləm açarlar.

چرخ چون دور کرد و شد شیداشد زمین روشن و زمان پیدا

Çərx dövrə başladı olaraq heyran,Yer nura boyandı, yarandı zaman.

در زمان گشت چار فصل پدیدبر زمین نیز هفت خط بکشید

Həm də dörd fəsilə bölündü aləm,Yeddi xətt çəkildi yerdə də bu dəm.

هفت اقلیم از آن بپیوستندهر یکی بر ستاره‌ای بستند

Yeddi iqlim özü burdan düzəldi,Hərə bir ulduza peymanə gəldi.

چون از آن جنبش شبانروزییافت انجم برات پیروزی

Gecə-gündüz olan bu dolanmadanUlduzlar zəfərçün aldılar fərman.

شد نماینده زین ورق در حالمشرق و مغرب و جنوب و شمال

Sonra da bunlardan yarandı dərhalGündoğan, günbatan, cənub və şimal.

چرخ از اول که چیره شد در دورچار عنصر پدید شد بر فور

Dövrə başlayandan ilk dəfə fələkDörd ünsür yarandı aləmdə, gerçək.

کآتش و باد و آب و خاک تواندهم حیات تو، هم هلاک تواند

Torpaq, od, su, hava – səndədir bunlar.Həyata, ölümə səbəbdir onlar.

وین عناصر چو دست بر هم دادزان سه مولود نامدار بزاد

Əl-ələ verərək dörd ünsür özüMəşhur üç mövludu yaratdı, düzü.

آن سه مولود چیست؟ نیک بدانمعدن و پس نبات و پس حیوان

Sən o üç mövludu yaxşı düşün, qan,Bil onlar mədəndir, bitkidir, heyvan.

گشت معدن به خاک پوشیدهوز زمین شد نبات جوشیده

Mədənin üstünü örtdüsə torpaq,Bitkilər torpaqdan cücərdilər, bax.

حیوان بر زمین و آب و هواشد به جنبش روان و حکم روا

Torpaqda, havada, suda heyvanlar,Allahın əmrilə gəzdi biqərar.

این سه موقوف بر چهار ارکانو آن برین هفت گنبد گردان

Bu üç, dörd ünsürə tabesə əgər,Ona da hakimdir yeddiqat göylər.

چرخ محتاح نفس و نفس به عقلتا به وحدت رسید نقل به نقل

Çərx nəfsə möhtacdır, nəfs isə əqlə,Gedir vəhdətədək bu qayda ilə.

گر چه هر یک چنین مدار کندچون به وحدت رسد، فرار کند

Belə fırlansa da onun hər biri,Vəhdətə çatanda qaçarlar geri.

آنکه با عقل بود روحش جفتجنبش نفس را طبیعت گفت

Ruhu cüt olanlar ağılla, əlbət,Nəfsin gəzməyinə dedi təbiət,

طبع چون در مزاج پیوندداز تراکیب نقش‌ها بندد

Təb ilə məzacın birliyi, aşkar,Edir tərkiblərlə nəqşələr izhar.

چونکه از طبع و از مزاج بروننیست این نقش‌های گوناگون

İndi sən cürbəcür naxış gördüyünTəb ilə məzacdan düzəlmiş bütün.

اختلاف زمان برون آوردنه مزاج از چهار عنصر فرد

Zamanın işləri yaratdı birdənBu doqquz məzacı o dörd ünsürdən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri