Cami-Cəm, fəsil 21
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
دوش کردم به خرمی عزمیکه بدین جام نو کنم بزمی
دل چو در خانه مست شد زین میرخ به صحرا نهاد و من در پی
بنشستیم چون به دشت آمدجام پر کرد و می به گشت آمد
بادهای بود سخت مرداندازشد حسابی ضرورت از آغاز
با که و کی؟ چگونه؟ چند خورد؟تا شود مست و ره به خانه برد
چو ز من دور گشت مستوریبرگرفتم علم به دستوری
قسمتی راست کردمش به سه دورتا به نوشنده بر نباشد جور
دور اول نشاط بخشد و نورکند از دیده خواب غفلت دور
اندر آید سرت به گفت و به گویعالمی دیگرت نماید روی
دومین دور شیرگیر کنددر فنون هنر بصیر کند
راه یابی به آزمایشهاپرده بر خیزد از نمایشها
در سوم دور چون کنی نوششبنماند نهاد را پوشش
روح را قوت شباب دهدسر آز و امل به خواب دهد
این سه دور ار به سر توانی بردراه از اینجا به در توانی برد
Sevinclə qət etdim dünən gecə mən,Qoy bir məclis qurum bu camla hökmən.
Evdə sərxoş oldu bu meydən ürək“Çöl”, dedi, dalınca düşdüm kölgə tək.
Səhraya çatanda oturduq haman,Cam doldu, qədəhlər başladı dövran.
Bu badə tünd idi, adam yıxandı,Onunçün əvvəldən hesab başlandı.
Kim ilə içəsən, harda, nə qədər?Məst olsan, tapasan yolu birtəhər.
Məndən pərdəlilik olanda uzaq,Mən qayda-qanundan qaldırdım bayraq.
Onu başlanğıcdan böldüm üç dövrə,Dedim, qoy içənlər düşməsin cövrə.
İnsan ilk dövrədən sevinc, nur tapar,Qəflət yuxusunu gözlərdən qapar.
Başın söz-söhbətə başlar bu zaman,Qarşında açılar yeni bir cahan.
İkinci-dövrəsə şir tutan eylər,Olarsan elmdə sən sahib-nəzər.
Burda yol taparsan imtahanlara,Qarşından pərdələr düşər kənara.
Üçüncü dövrəni nuş edən zaman,Ağlın bələd olar hər sirrə, inan.
Yaxşı başa vursan bu üç dövrəni,Bu halət mənzilə çatdırar səni.
Kitabxana.az · https://kitabxana.az/works/ovhadi-cami-cem-21
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Mey və meyxana
Özüm getdimsə ol kudə dili-qəmpərvərim qaldı,Səri-kuyində yarın bir fəqiri-müztərim qaldı.
Şerin səsiGün batarkən qızıllanan çaylardaGül açardı yazın gözəl axşamı.
OlurZərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
Ah, əfsus, o ləyaqətli cavanlar getdilərO səmimi dostlar, o dostluq qananlar getdilər.