نامهٔ اولیاست این نامهمبر این را به شهر هنگامه

Bu kitab övliya kitabıdır, bax!Yaramaz şöhrətçün onu aparmaq.

اندرین نامهٔ بدیع سرشتره دوزخ پدید و راه بهشت

Bu əlvan naxışlı kitabda olarCənnət, cəhənnəmin yolu aşikar,

سخن مبدا و معاش و معاداندرین چند بیت کردم یاد

İlk günün, hazırın, son günün sözü,Bir necə beytilə yazıldı, düzü.

صفت بر و صورت فاجرحیلت دزد و حالت تاجر

Yaxşının sifəti, yamanın üzü,Oğrunun hiyləsi, tacirin sözü,

سخنی بی‌تکلفست و صلفقمری بی‌تبرقعست و کلف

Bir söz artırmadan yazıldı bir-bir,Tutulmaq bilməyən bir Ay kimidir.

فکر در گفتنش نه پایندهز امهات حضور زاینده

Xəyalın məhsulu deyil o, heyhat.Onu gətirmişdir dünyaya həyat.

نفس را این بشارتی چندندبه مقاصد اشارتی چندند

Nəfs üçün çox xeyir verər bu əsər,Onu kim oxusa məqsədə yetər.

نام این نامه «جام جم» کردموندرو نقش کل رقم کردم

Adını “Cəmşidin camı” qoydum mən,Varlığın əksini onda görərsən.

تا چو رغبت کنی جهان دیدنهر چه خواهی درو توان دیدن

Əgər kim istəsə dünyanı görmək,Könlü istəyəni burda görəcək.

بشناسی درو که شاه کجاست؟منزل او کدام و راه کجاست؟

Ordan bilərsən ki, o şah hardadır.Mənzili, məkanı nə diyardadır.

دشمن شاه را شکست از چیست؟رنج دیوانه، خواب مست از چیست؟

Şahın düşmənləri sınırlar nədən?Sərxoş niyə yatır, onu bilərsən.

در این خانه را که یافت کلید؟رخ این خانگی ز پرده که دید؟

Bu evə, qapıya kim tapdı açar?Bu evdə olanı kim gördü aşkar?

چه مسافت ز گنج تا به طلسم؟وز مسمی چه مایه راه به اسم؟

Addan adlanana nə qədər yoldur?Tilsimdən xəznəyə nə qədər olur?

باز دانی مقید از مطلقراه باطل جدا کنی از حق

Mütləqi nisbidən ayırd edərsən,Dönüb əyri yoldan düzlə gedərsən,

هیچ دیوت ز ره نیندازدغول رختت به چه نیندازد

Səni azdırmaqçün div tapmaz macal,Həm atmaz quyuya paltarını hal.

دور باشی ز مکرهای خفیراه یابی به ملت حنفی

Gizli hiylələrdən olarsan uzaq;Olmazsan hənəfi qövmündən iraq.

به تو گوید که آدمی چه بود؟مرد چونست، و مردمی چه بود؟

Adamlıq nədədir o, deyər, inan,Nədir, nə deməkdir insanlıq, insan.

سخره و رام هر دغل نشویبه ضلال مبین مثل نشوی

Oyuncaq eləməz səni hər alçaqKimsə deməz sənə azğın və axmaq.

مالت از دزد در امان ماندحالت از علم بی‌گمان ماند

Malın oğrulardan amanda olar,Elm edər könlündən şübhəni kənar.

باز فکر تو چشم باز کندموکب روح ترک تاز کند

Açar gözlərini fikir qartalın,Yer, göyü titrədər fikrin, xəyalın,

گول گشتت نباشد از چپ و راستبازیابی که منزل تو کجاست؟

Sağına-soluna keçməz hər axmaq,Sən yaxşı bilərsən yerini ancaq.

دیدهٔ عبرتت گشاده شوددلت از نقش غیر ساده شود

Sənin ibrət gözün açılar, bişəkk,Başqa naxışları rədd edər ürək.

تو به فتحی چنین شوی واصلو اوحدی را ثواب‌ها حاصل

Sən əldə edərsən belə bir zəfər,Onda Əvhədi də savaba yetər.

گر نشاید که عذر ما خواهیدولت خواجه از خدا خواهی

Görsən ki, yaramır, məni əfv elə,Allahdan xacəyə xoşbəxtlik dilə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri