Bu ömür yollarını yaxşı soraqnan sürürük,Başımız üstə çəkic, əldə oraqnan sürürük.

Çörəyin qiyməti artdıqca alanlar azalır,Azalan çoxları beş metrəlik ağnan sürürük.

Səhər idman edirik, axşama reklam yeyirik,Qarnımız olsa da ac ömrü maraqnan sürürük.

Mindiriblər bizi axsaq ulağa – yol gedirik,Bu çətin yolları biz axsaq ayaqnan sürürük.

Ölkəmiz bir gəmidir, Azərbaycan gəmisi,Hələlik fittəyirik, qorxma qıraqnan sürürük.

Mən dedim halıma yan, mən demədim dalıma min,Günümüz kölgələnib, səmti çıraqnan sürürük.

Pünhanam qəddimi sındır, qələmim sındırma,Şairik ömrümüzü biz də varaqnan sürürük.

25 noyabr 1996. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən