Sevinin ölkəmizə gündə neçə namə gəlir,Unudub aclığı ellər toya, bayrama gəlir.

Səni göz ilə doyan görmüşəm, ey dil, nə qəmin,Hələlik naməni nuş et, dalı «Şahnamə» gəlir.

Nədir ağzın bu xəbərdən sevinib gülməyəsən,Səhəri yağlı dubinka arıq əndamə gəlir.

Şairin yaltağı, yaltaq itə bənzərli olur,Baxır ətsiz sümüyə, iştahı ilhamə gəlir.

İndi Babək diyarı bolluca yaltaq yetirir,Mavi ekranımıza hər gündə bir əllamə gəlir.

Otur oc qarnına, Pünhan, hələlik namə oxu,Gələcək əsrimizə tazə «hop-hop»namə gəlir.

14 yanvar 1997. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən