Çadırlarda donan qızlardı qar qız, yoxsa sən qar qız?Gəl etmə haqqı inkar qız,Gözümdən yaş axar qar qız,Sən əlvan bir hədiyyə, o çörəkçün intizar qar qız,Bu haqqı etsən inkar qız,Gözümdən yaş axar qar qız.

Səadət içrə gördüm mən səni zər xarə paltarda,Yanırdın çil-çıraqlarda,Onun zülmət, işıqsız axşamıysa ahu-zar qar qız,Bu haqqı etsən inkar qız,Gözümdən yaş axar qar qız.

Dedim, ey qar qızım çıxma çadırdan tutma üz şəhrə,Şəhər süd çalxayan nehrə.Səni görsə xəcalətdən ölər bu iqtidar qar qız,Bu haqqı etsən inkar qız,Gözümdən yaş axar qar qız.

Özü xan tək dolanmaqçün səni məhkum edib çöldə,Bir alət tək tutub əldə.Xəbərsizdir baxır göydən ona pərvərdigar qar qız,Bu haqqı etsən inkar qız,Gözümdən yaş axar qar qız.

Tutub başdan-başa ekranı hər rəngə boyanmışlar,Bu qış vaxtı soyunmuşlar.Qızışmışlar verəydi kaş sənə bir isti paltar qız,Bu haqqı etsən inkar qız,Gözümdən yaş axar qar qız.

Saraylarla ucalmışlar, haraylarla enər bir gün,Susan göylər dinər bir gün.Haraylarla qocalmışlar, zülümdən qurtular qar qız,Bu haqqı etsən inkar qız,Gözümdən yaş axar qar qız.

3 yanvar, 2002

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri