Namusa vicdana tüpür
Sənə bir məsləhətim var yıxıl öl, canə tüpür.O təqaüdlə gələn, bir-iki şirvana tüpür.
Üst-başından bilinir evdəki yorğan-döşəyin,Cırıq ədyala bürün, cıqcığa yorğanə tüpür.
Nə qazın var, nə suyun, hər gecə şamdan işığın,Gündə «kontakt» eləyən məftilə, cəryanə tüpür.
Sənə də məsləhətim var sən ey imkanı olan!Xeyirin yoxdusa xalqa, belə imkanə tüpür.
Qohumu qardaşı yığ get ABŞ-a, Türkiyəyə,Çoxu tək sən də «qədim» Azərbaycana tüpür.
Şvedin banginə pul qoy, şvedə xeyri gələQaçqının eylədiyi ah ilə əfqanə tüpür.
Qarabağı əgər alsaq, sənə mən zəng vuraram,Hələlik kefini çək, namusa-vicdanə tüpür.
Yola sal oğlunu Antaliyada kef eləsin,Bizim əsgər gedən ol, xəsteyi-nalanə tüpür.
Sonu çatmaqda olan İblisə lənətlər oxu,Əli altındakı, Pünhan, dəli şeytana tüpür.
7 iyul 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-namusa-vicdana-tupur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sənə, ey dost, Bakıda hər cürə an göstərərəm,Sənə, böhtanı, şəri xeyrə qatan göstərərəm.
Şillə-qapaza çıxmışamQışda evimdə qar yağıb, zülm ilə yaza çıxmışam,Yazda başımda qar qalıb, qışla taraza çıxmışam.
Kef elə, yorğana girXabi-qəflətdən kənar ol, haqq olan meydana gir,Mərd ol, meydangir ol, sən haqq ilə peymana gir.
Baxasan, ağlayasanBu elin halına hər gün baxasan, ağlayasan,Bu ilin qalına hər gün baxasan, ağlayasan.
Başqa şairlərin şeirləri · Vətən
Saldı heyhat cahan mülkünə şöhrət bahalıq,Bir para xalqa verir xeyli əziyyət bahalıq.
DağlarZinəti nərgizdən, tər bənövşədən,Al-yaşıl geyinib şad olan dağlar.
NədirAhü fəryad eyləyirsən, söylə, fərmanın nədir?Məqsədin bildir nə şeydir, ahü əfğanın nədir?
İntizarBir göyün altında gəlib görüşən,O iki taleyi bezar bizimdir.