Güc üçümüzdən çıxar
Hər nə çıxar yaxşı pis, öz içimizdən çıxar,Düşməni dəf etməyə, güc gücümüzdən çıxar.
Erməni öz ülgücün, boynumuza çox çəkib,Gün gələr inşəlla ki, ülgücümüzdən çıxar,
Heyf paxıllıq kimi, heyvərə xislət bizim,Daxilimizdən girib, xaricimizdən çıxar.
Ömrü boyu gic deyib, erməni alçaq bizə,Bicləri ram eyləmək gicgicimizdən çıxır.
Nola «mənəm» yox, «mən» ol, mən də dönüm «sən» olum,Bir də əgər olsa «o» güc üçümüzdən çıxar.
Umma Ərəb, Türkiyə, ya ki, İrandan kömək,Gərçi müqəddəs bizim «İflic»imizdən çıxar.
Tikmə saraylar, daşı sovrulacaq göylərə,Haqq olana daxmalar, kərpicimizdən çıxar.
Çox hacılar verdi söz, Pünhana imdad edə,Axırı bildim, bu şey pak həcimizdən çıxar.
20 may 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-guc-ucumuzden-cixar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həşr gəlincə Pünhanı, rəbb haraya göndərib,İsmini gizli saxlayıb, beytini «ayə» göndərib.
Arpanı aş şəklindəSoxuruq burnumuzu hər yerə baş şəklində,Bu səbəbdən qalırıq axırı çaş şəklində.
Fantan onun fantanıdırMalu dövlət kimdədir, dövran onun dövranıdır,«Əmr onun əmridürür, fərman onun fərmanıdır».
Məni çırpar pola buOla bir yaxşı «kreslo» ola sərvət, ola bu,Yapışıb valla dilimdən məni çırpar pola bu.
Başqa şairlərin şeirləri
Ellər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Gəraylı: Xalxalın göy çəmənindəXalxalın göy çəmənində,Bir qara tel pəri gördüm,
Yeddi tuman, yeddisi də zəncirəYeddi tuman, yeddisi də zəncirə,Qorxum budu dal qapıdan xan girə.