Bu gözü çıxmış elin icrə aparsan soru da.Görəcək bir göz ilə yaxşını da, nankoru da.

Seçilən haqq ilə beş-altı vəkildən savayı,Seçilib diqtə ilə yaltağı, rüşvətxoru da.

Dirijor heç xora çəkmir çubuğun, yanə çəkir,Xora çəksə, oxumaz lağlağı dövlət xoru da.

Törənirsə Bakıda ermənidən türk uşağı,Böyüyəndə o uşaqdan törənər terroru da.

Vətənin sərvətinə «layiq» olan burda qalır,Vətənin sərhədinə amma basırlar koru da.

Nə qədər bəhri-Xəzər içrə balıq var, tora sal,Kürünü xaricə çatdır, bizə dartdır toru da.

«Gedişi» mincə manatdır, maaş əvvəlki kimi.Belə getsə, ala bilməz bu cəmaət şoru da.

Necə getsin qabağa «Azərbaycan» gəmisi.Cırılıb yelkəni gərçi, qırılıbdır doru da.

Bu ömür yolları indi borulardan keçəcək,Boruya girsə siyasət dözə bilməz boru da.

Biz urus-zad deyilik, körpəyə «milinki» deyək,Uşağa yağdırarıq azzarı, dərdi, çoru da.

Neçə ildir Baba sponsoru yerlərdə gəzir,Demə göylərdə imiş, seyfi də, sponsoru da.

5 yanvar 1998. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən