Səndəndi, ya məndəndi bu?
Sürtülüb üzlər yaman, səndəndi, ya məndəndi bu?Görsənir çox yerdə qan, səndəndi, ya məndəndi bu?
Bəndənin seçdiklərindən bəndə olmuş bəndü bənd,Ya o yandır, ya bu yan, səndəndi, ya məndəndi bu?
İt hürüb karvan keçərdi bir zaman saymazyana,Ötmür itsiz karivan səndəndi, ya məndəndi bu?
Yan olan xan kəndinə, xan olmadı yan kəndinə,Oldu bu kəndimdə xan, səndəndi, ya məndəndi bu?
Doymadım insan cahandan, cah-cəlaldan, gəldi an,Doydu insandan cahan, səndəndi, ya məndəndi bu?
Göy sənin olsun dedin, yerlər də amma ki, mənim,Həm samanlıq, həm saman səndəndi, ya məndəndi bu?
Allah üçün bəndələr birdir, səninçün leyk yox,Sən amansız mən aman, səndəndi, ya məndəndi bu?
Sən çağırdın İblisi, Pünhan Zamanın Sahibin,Gəlsə Sahib əz Zaman səndəndi, ya məndəndi bu?
23 sentyabr, 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-sendendi-ya-mendendi-bu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yıxıl acından öl, uzan, yuxunda iqtidarı gör,Dedikləri qərara bax, yedikləri naharı gör.
Hamı cığal içindədirƏl əli, əl də üz yuyur – ölkə zaval içindədir,İynə çuval içindədir, xəlq sual içindədir.
Qələm varağı yandırarƏsilli qız gəlin gələr-gələr ocağı yandırar.Əsilsizin ki, əsli yox, bayır-bacağı yandırar.
Nəyimə gərəkdir Qarabağ?!İki bağ əlli otaq – nəyimə gərəkdir Qarabağ,Bura dərya, ora dağ – nəyimə gərəkdir Qarabağ.
Başqa şairlərin şeirləri
Bəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.