Hamı cığal içindədir
Əl əli, əl də üz yuyur – ölkə zaval içindədir,İynə çuval içindədir, xəlq sual içindədir.
Qoydu firəngi kölgədə, yaydı zinanı ölkədə,Qızları mini yubkədə, gündə sığal içindədir.
Parələri Turandadır, surələri Qurandadır,Siqələri İrandadır, molla vüsal içindədir.
Fikrə xəyala çox dalıb, qeyl ilə qala əmr alıb,Yurdun içində yurd salıb, özcə amal içindədir.
Salmadı qardaşın saya, qardaşı sanki bir qaya,Uçdu Dubaya, bay-baya, bakirə hal içindədir.
Gizlicə getdi söhbətə, söhbəti döndü rüşvətə,Axırı çatdı şöhrətə, indi medal içindədir.
Dostdu-tanışdı bilmirəm, hamı cıqal içindədir.Yandı-yanışdı bilmirəm, hamı cığal içindədir.
Öldü bu ölkə basdırın, üstünə böylə yazdırın,«Torpağı qal içindədir, xaini bal içindədir».
Rəngdü, rəng, rəngdü, axırı cəng cəngdü,Ləngdü, ləng, ləngdü, ölkə topal içindədir.
Axırı kama çatdılar, Pünhanı DİN-ə satdılar,Ağı qaraya qatdılar, saçları çal içindədir.
7 oktyabr 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-hami-cigal-icindedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kim nə çalsa çırtma vurmaqçün təbil olmuşlarıq,Sivri dırnaqlar içində müstəqil olmuşlarıq.
Yaxşıdı ki, yaxşıdıÜz yumuşaq, ar ilə qeyrət zəif,Bərk canımız yaxşıdı ki, yaxşıdı.
Sultanımızdan bezmişikQalmışıq evsiz-eşiksiz canımızdan bezmişik,Üzmüşük torpaqdan əl, ünvanımızdan bezmişik.
No... olub ala?!Qatmısan sən gənə də malı mala, no..olub ala?Qazıyırsan ayağım altda çala, no.. .olub ala?
Başqa şairlərin şeirləri · Vətən
Aşıq, gəşt eləyib ağır elləri,El içində namus, arı unutma.
KrımMən sənin torpağını gəzmişəm qarış-qarış...Ayağım yollarında qat-qat qabar bağlamış.
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!