Urus nemesdü qərdeşim!
Bizim qurum "mobil" nidü, əsası səsdü, qərdeşim,Dinəndə "NO"du bilginən, susanda "ÜES"dü qərdeşim.
Kimi Vətən atır gedir, kimi bədən satır gedir,Əkər pula abır gedir, həyat əbəsdü, qərdeşim.
O gün salıb çobanlığa, presdə söymüsən məni,Cəmaətə əyan olub, pulun presdü qərdeşim.
Tökülməsəydi burda qan, alınmasaydı orda can,Mən eyləməzdim heç güman urus nemesdü, qərdeşim.
Əlin əlimdən ayrıdır, dilin dilimdən ayrıdır,Desəm odur ki, incimə kökün hayesdü, qərdeşim.
Ucaldı-qalxdı markası, əyildi-düşdü maskası,Alen Delon dalında bu, Lui-Finesdü, qərdeşim.
Xeyir güdüb girib şora, zaman gələr düşər tora,Vurar özün ora-bura, görər "ares"dü, qərdeşim.
Əlində vedrə durginən Conun önündə müntəzir,Amerkana maşın yumaq, fəxrdü-çesdü, qərdeşim.
Gələndə can, gedəndə can, alanda can, verəndə can,Kökündə "can" Azərbaycan "Pole Çudes"dü, qərdeşim.
Nə ağlına ümid elə, nə müəllimə, nə daydaya,Cibindəkin at ortaya, bu mestni testü, qərdeşim.
Nə çıxmısan çolaq-çolaq, səhər-səhər yol üstünə,Qazım vurub yıxar səni, bu mersedesdü, qərdeşim.
Zamana Sahibim gəlir, Zamana Şahidim gəlir,Yalana qalibim gəlir, film konesdü, qərdeşim.
"İlişdi" çərxi-dövrana, büzüşdü düşdü yorğana,Yarımca metrə Pünhana, kəfən də bəsdü, qərdeşim.
25 aprel, 2000
Kitabxana.az · https://kitabxana.az/works/punhan-urus-nemesdu-qerdesim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Deyirəm bu millət filan cürdür, deyirlər millətin adından danışma. Deyirəm yaxşı, millət olmasın xalq olsun, deyirlər üzrü günahından betər. Bəlkə el deyim? Dedilər burda lap korladın. Hə, tapdım, bu ölkənin əhalisi filan cürdür - az qaldılar məni məhkəməyə versinlər.Dedilər yadında saxla ki, ayrı-ayrı adamların elədikləri alçaq hərəkətləri, alçaq əməlləri millətə, xalqa və əhaliyə aid eləmək olmaz. Və bu sözdən sonra məni maraqlandıran bir şey oldu. Görəsən, beş-altı milyon «ayrı-ayrı» adama birlikdə nə deyərlər. Bəlkə millət yox, milli ət deyərlər?!
Azadlıq meydanı - Kərbəla26 sentyabr. Axşam saat 22:00. Otuz doqquz zəvvarla, «Azadlıq» meydanından Kərbəla ziyarətinə yola düşürük. Bu ziyarət haqqında kifayət qədər kitabçalar nəşr edildiyindən, təkrara yol verməyərək, öz qələmimə uyğun, qısa qeydlər yazmaq istəyindəyəm.... 4 oktyabr 1998-ci il. Kərbəla şəhəri.
Gedin tullanmağınızın dalınca!Bizim məmləkətdə bəzi şeylərin pulnan olduğunu bilirdim. Əttövbə, tullanmağın yox. Bunu da bildim. Yatıb yuxuma da girməzdi ki, abituriyentlərinin əksəriyyətini qızlar təşkil edən litseylərdə, məktəblərdə, texnikum və institutlarda bizim müsəlman qızlarına idman dərsini kişi müəllimlər keçə. Dar retuz və ya şortik geyinmiş bir dəstə yeniyetmə qızı, bir kişi qabağına qatıb kross qaçıra, hoppandıra, nə bilim onlara cürbəcür hərəkətlər etməyi öyrədə. Bunu gözümlə görməsəydim inanmazdım.İdman dərsi uzunluğa tullanmaqdan başlandı. Qızlardan kimi 2 metr, kimi 2,5 metr, kimi də 3 metrə qədər tullandı. Müəllim hər üçünə «2» yazdı. Qızlardan birinə yan alıb soruşdum ki, bəs «2» almamaq üçün neçə metr tullanmaq lazımdır. Dedi, 4 metr. Açığını bilmək istəyirsinizsə, ya 4 metr tullanmalısan, ya da bir «şirvan» verməlisən. Metrəsi 2500 manatdır. Şükürlər olsun ki, bizim texnikum ucuzluqdu.Mən elə məktəb tanıyıram ki, orda hündürlüyə tullanmağın metrəsi 5 «məmməd»dir. Müəllim hündürlük taxtasını qoyur 2 metr ölçüsünün üstünə, pulun yoxdursa, taxtanın üstündən tullanırsan, varsa altından keçirsən. Dedim, qızım müəllimizin adı nədir? Dedi, Qeyrət müəllim. Bəli, Qeyrət müəllim bığıburma olmasa da, saçıburma bir kişi idi. Deyirlər insanının adı özünə uyğun olur. Doğrudan da, bu kişiyə baxanda əyninə geydiyi dar «cins»indən onun əsli, nəsli, cinsiyyəti məlum eləyirdi. Qeyrət müəllimin «2» yazdığı qızlar, yaxınlaşıb ona yalvarmağa başladılar ki, ay müəllim, başına dönüm, qadanı alım, bəs semestr yaxınlaşır, amanın bir günüdür bizi «kəsir»li eləmə. Qeyrət müəllim, bir o yana, bir bu yana baxdı, barmaqlarının ucu ilə saçlarını burub, bir ayağını qabağa qoyub, sanki Koroğlu «stoyka»sını aldı və acıqlı-acıqlı dedi:
Şəhərin «mer»inə halal olsun!Şəhər həmin şəhər idi... İnsanlar da... Bəs hər yerdə hökm sürən qeyri adiliyin səbəbi nəydi? Anlaya bilmirdim. Bəlkə təbiət dəyişmişdi? Yox, o da öz rəngində, öz adiliyində görünürdü. İnsanların üzündəki, hüzn məni çaşqınlıqda qoymuşdu. Müharibə başlamışdımı? Özgə bir fəlakət baş vermişdimi? Qoşun-qoşun başıma gələn suallar cavabını almadan elə qoşun-qoşun da çıxıb gedirdi.Dağüstü parkdan aşağı enirdim. Bütün şəhər ayaqlarım altındaydı. Gülüstan sarayına yaxınlaşırdım. Deyəsən toy idi. Ətrafda xarici maşınların əlindən tərpənmək mümkün deyildi. Adamların toya gəlməsi onların yalnız gözəl və bahalı geyimlərindən bilinirdi. Üzlərinin ifadəsi isə yasa gələnləri xatırladırdı. Bu qeyri-adiliyə marağım artmağa başladı. Gələnlər intizar içində idi. Deyəsən bəylə-gəlini gözləyirdilər. Nəhayət, vağzalı səsi eşidildi. Və gül-çiçəklə bəzənmiş «Limuzin» markalı maşın saraya yaxın yerdə saxladı. Əvvlcə bəylə-gəlin, sonra sağdış və soldış maşından düşdülər. Onların üzündəki sevinc bircə anda əridi, yox oldu. Mən başımı qaldırıb «Gülüstan» sarayının yanında çox böyük ölçüdə quraşdırılmış reklamı görüncə içim yandı. Və mənə hər şey aydın oldu. Reklamda ağ paltarda, başında «fata» gözəl bir gəlinin gözü qabağında ermənilər bəyin əl-ayağını bağlayaraq, qurbanlıq qoyun kimi başını kəsirdilər. İlahi, bu gördüklərim nə idi? Gerçəkdimi, ilğım idimi, başa düşə bilmədim. Bu reklamı bura kim vurmuşdu, nə səbəbə vurmuşdu?
Başqa şairlərin şeirləri
{| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Ruzin həmişə xürrəm, fərxəndə ruzigarınRuzin həmişə xürrəm, fərxəndə ruzigarın,Bolsun mübarək, ey gül, novruzü növbaharın.
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,