Hava necə olacaqLaçında - Kəlbəcərdə?! -Nalma təzədən məni

Bu xəbərinlə dərdə.

Seyr et dərdli vətəninSən abi-havasını.Satılmış QarabağınKim çəkir səfasını?!

Get, ey odu söndürübKüllə oynayanlarım.Toyda-vayda pıqqapıqDaşıb-qaynayanlarım!

Qoruduzmu havanı,Qoruduzmu iqlimi?Niyə azdırırsınızDüşüncəmi-əqlimi.

Şelliyə, gülablıyaQırov düşəcək, ya qar?Səlamət çıxacaqmıYaza bağçalar-bağlar?

Səhər iyirmi-otuzAxşam on beş dərəcə.Lap olsun qırx beş-əlli,Göydən od yağsın gecə.

Bu gün, bu saat, bu dəmBunun sənə nə dəxli?Əsarətdə inləyənÇöl-çəmənə nə dəxli?Bu hava mə’lumatınYox, tavakabab deyil.Havakababdır qardaş!Öz-özünü aldatmaqYaman əzabdı, qardaş!

Tutulub-açılacaqBu gün Şuşada hava.Sənə nə var tutulubAçılacaq, binəva?!

Ağ yağış çimdirəcəkCəbrayıl çinarını,

Sabir SüleymanovunO yetim məzarını,O dustaq məzarını,

Dayan görüm, ey, dayan!Mənə ayrı xəbər ver.Zəngilan-Qubadlıdan.Söyləmə ki, AğdamdaHava necə olacaq?Söylə Ağdam uğrundaDava nə vaxt olacaq?Dava necə olacaq?

Füzulinin adınıDaşıyan torpağı ver!Hava sorağı verməQələbə sorağı ver!

Get, haqq-hesabı çürütSatqın nəfərlərinlə.Bəsdi, xalqı hərrədinHava xəbərlərinlə.

Yad əllərdəsə torpaqİstiliyi isitməz,Soyuqluğu soyutmaz.

Bu saat ancaq, ancaqQətiyyətdən ver soraq!Ayrı söhbət, ayrı sözQəlbimizi ovutmaz

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri