Türkün qəbriQədim Şirvan yollarınınÜstündədir.Azərbaycan torpağının

altında yox,sinəsində,köksündədir,Qollarının üstündədir.

Mən bu qəbrin dövrəsindəYetmiş bir ilLal olmuşam.Kar olmuşamYetmiş bir il!Bu adicə müddət deyilBu qəbirin,MüztəribinBu əsgərin,Bu yavərinŞəhid ruhu,Şanlı ruhu hüzurundaXəcalətdən xar olmuşam.

Dolu çırpdı,Qar ələdi,Leysan tökdü neçə kərə,

Neçə kərəSellə-suyla dolub daşdıAcıdərə.Gün yandırdı,Qovurğa təkQovruldu,Daş-kəsək, torpaqancaq...Türkün qəbri yenə qaldı,naxələflik, yaramazlıqgözü kimi -Bağrımızın başındacaO qaraldı.Öz başının hayındaydıAzərbaycan.Cavidlərin, müşfiqlərinHayındaydı Azərbaycan...Türk sözünü,Türk adınıDilimizə gətirmək dəCinayətdi.Acıdərə çevrəsində

Lap uzaqdan uzağa datənha qəbrəGözucu da... nəzər salıbXəlvəti köks ötürmək dəCinayətdi...

Xain qonşuÇəpərləri qırdı, sökdüÖz xıltını, illətiniAçıb tökdü.Gözlərini qan örtdüBu nadürüstün.Silahlıydı,Kəmfürsətdi,Orda-burdaMillətimə gəldi üstün.Od saldılarKürəklərdə samovar daQaynatdılarƏl çaldılar...Sinələrdə“Dasni çors” da

Oynatdılar...Eşidincə bu dəhşəti,Bu zülmü, bu zilləti,Bu təhqiri, qəbahətiAğlasığmaz rəzalətiQonşuluqda xəyanəti,Tərgidilməz,Tərk edilməz,Bu şakəri, bu adəti -Ay-ulduzlu bir diyarınBu dağlara o dağlardanƏhməd gəldi, -Dilimiz bir.Məhməd gəldi, -Dinimiz bir.Orxan gəldi, -Çölümüz bir.Sərxan gəldi, -Gülümüz bir.Tural gəldi, -Sazımız bir.Cəlal gəldi, -

Sözümüz bir.Hər şey yerlə yeksan oldu,Nişanələr viran oldu.Tək bu məzar qanlı vahid,Şəhidlərdən qaldı şahid.

Türkün qəbriHəsrət qaldıAnaların-bacılarınİsti-isti göz yaşına,Göz yaşını bulud sıxdıYağış tökdü baş daşına...Gürkün qəbriHəsrət qaldıAnaların-bacılarınAğısına.Bunu rəva görmürəm heçYağımın da yağısına.Türkün qəbriHəsrət qaldıBir dəstə gül təmasına.

Göylər bizə:– Nankor deyib,Qorxaq! - deyib,Özü geydi yas paltarı.Çöllər bizə:– Nankor deyib,Qorxaq! -- deyib.

Əlvan-əlvan,Şehli-şehli gül-çiçəkləƏzizlədi bu məzarı.El yolunun üstündəcə,Görün necə,Bir sahibsiz xəstə kimiGözü yolda qaldı qəbrin...Naxışları qopdu düşdü,Yazıları soldu qəbrin.Çayxanalar,Aşxanalar,Quşxanalar,XaşxanalarAbad oldu.

Boynumuzda haqq-sayıBu torpaqda qurban gedənTürkün qəbriBərbad oldu.Şəhid ruhuNaşad oldu.

Bir sonsuz bəy,Sonsuz gəlinNəzir-niyaz eylədilər,Asimana üz tutdularHaqdan muraz eylədilər.Diz çökdülərBu məzarın qabağında, -Qədim Şirvan torpağında,Söylədilər:– Allah təki övlad versin,Oğul, ya qız,Bu məzarıBünövrədənAbad edib qaldıraq biz.

Çatdı Allah dərgahınaQəlbin səsi.İnsan sənə baş əyməzmi,Ey inamın mö’cüzəsi?!Bu müztəribQərib məzarƏndazəyə, şəklə düşdü;Gözüqıpıq müsafirlərQorxusundan şəkə düşdü;Naxış-naxış şəbəkələr,Məhəccərli pilləkanlar -Acıdərə qucağındaAbidəyə döndü məzar.

Ancaq bir gün...Gənc atanıVurub işdənÇıxartdılar;

Vurub heçdən çıxartdılar,Partiyadan çıxartdılar.Cavan anaYaş kağızı alammadıKörpəsinə.Nə var... nə var...Rövnəq veribTürkün qərib türbəsinə.

Bu nə yalan,Nə şişirtmə,Nə rəvayətdir.Bu həm gülünc,Həm dəhşətliBir həqiqətdir.

SiyasətinRəyasətinGərdişinə bax!Bu gərdişləAğlımızınVərdişinə bax!

Cəlladıma heykəl yapdımHər addım başı.– Niyə yapdın? - xəbər alırTürkün başdaşı.

Ey kökü bir, budağı birÖvladlarım,Doğma ana qucağı birÖvladlarım!

Ey qanı bir, ey canı birÖvladlarım!Ey dili bir, lisanı birÖvladlarım!

Aman, hansı məmləkətdəYaşamızız siz?Nə şəkildə, nə halətdəYaşamısız siz?

Baxıram riqqətləTürkün qəbrinə.Dərələr yamyaşıl,

Göylər bəmbəyaz.Dövrün gərdişinə,Vaxtın səbrinəƏyyub peyğəmbərinSəbri də çatmaz.

Baxıram qəbrinə türkün bayaqdan,Sükuta bürünüb yerlər və göylər.Dözməyib gəlmişdi bir yol uzaqdan,Deyən yenə dözmür igid cəngavər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri