Dən düşsə də saçıma,Qara damcı dammayıbAğ gülünə sevgimin.

Yetməsə də o kama,Bir inilti qonmayıbŞux dilinə sevgimin.

Sönüb getmiş, nahaqdanƏhdi pozanda o qız,Neçə nurlu diləyim.

Düşünmə ki, o vaxtdanİniltisiz, qayğısızÇırpınıbdır ürəyim –

Təlatümü dəryanınDərinlərdə çaxnaşar,Yorulub əldən düşər,

Acığına qayanınÜzdə ləpələr coşar,Şaqqıldayıb gülüşər...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri