Pəncərədən bu səhərSeyr edirəm Nili mən,Çalalarda göllənibSakitləşən seli mən.Sübh şəfəqi RamzesinHeykəlində alışır.Coşan ərəb qanıtəkKöpüklənib Nil daşır.

Yağış gecə isladıbKöynəyini şəhərin –Pul-pul olmuş ləçəyiÇiçəklərin, güllərin.

Büzüşən tər qönçələrGün vurduqca açılır.O parlayan şehmidir,Qığılcımmı saçılır?!

İslanmışdır qır yollar,Daş döşəli səkilər...Seyr edirəm küçəniPəncərədən bu səhər.

Su sıçradır maşınlar,Qalxıb yuyunur şəhər.Sahil boyu açılırBambaşqa bir mənzərə:

Durub gedir birbəbirSəkilərdə yatanlar.Cırıq, köhnə həsiriSelə-suya batanlar.

Durub gedir ev-eşik,Həyət-baca görməyən;Yaşı yüzü haqlayan,Bir gün ömür sürməyən,

Gözlərini dünyayaKüçələrdə açanlar,Yumruqları düyümlü,Baxışı od saçanlar,

Ağ çalmalı qocalar,Ayaqyalın nənələr,Varmış yurdsuz-yuvasızBu şəhərdə nə qədər?!

Qalır onların yeriYaş səkidə qupquru.Sanki sınır bu andaQahirənin qüruru.

Xal-xal olan səkilərVerir gözəl şəhərəAğla, fikrə sığmayanDəhşətli bir mənzərə.

Adam boyda ləkələrArtır, artır gör necəYağış tutan yerləriOnlar tərk elədikcə...

Bu, doğrudan, ləkədir,Düşündürür aləmi,Yadelli yağılardanQalıb mənfur iz kimi...

Talan oldu bir zamanŞərqin dövləti-varı.Qərbli fil sümüyünəTutdu daşı-divarı.

Burda düşdü kasıbaNə bir dalda, nə çətir.O mənzərə tarixdəSilinməz bir ləkədir.

Yox, yox, günəş boylanırAzadlığın günəşi.Qaranlığı, kölgəniUdur onun atəşi.

O, qalxdıqca küçələr,Meydançalar güləcək.Onun nuru dünyadanLəkələri siləcək!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri