Bir inşaatçı tanışım vardıGəlirdi ofsimə hərdən,Söyləyirdi fikirlərin bu surətdə:– Əgər olsaydım diaspor başçısı,Yaradardım dünyanın hər yerində«Azərbaycan evi».Eşitdim bu sözləri dəfələrlə.O bir gün seçildi təşkilata,Rəhbər oldu –Bir ölkənin təmsilçiliyinə,Söz verdi ki, maaş versinçalışan gənclərəVerdi bir ay iki nəfərin maaşını.İkinci ay gəldiƏllərin ovuşdura-ovuşdura:– Vallah verə bilmirəmpulu daha.Çünki zəbt ediblərTəzə tikilmiş binalarımı.Mənsə: – Afərin dedim,Bu tanışımın «vətən sevgisinə».

16.11.2008, Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən