Əvvəllər
Əvvəllər qaçqınların –Çox edərdim qüssəsini.Köhnə evlər, sınıq pəncərələrQəm-qüssə gətirərdi ürəyimə.Amma indi baxıram –Bəzi qaçqınlarÇox rahat yaşayırlaryerlilərdən.Yer havayı, işıq havayı, su havayı.Yoxdu bunlarda yurd qüssəsi,İtirilmiş torpaq marağı.Yalnız işləmirlər, pul yığırlar,Ev kirayələrinin gəlirlərindən.Bəs necə olacaqİşğal olunmuş torpaqların gələcəyi.
17.11.2008, Bakı
Kitabxana.az · https://kitabxana.az/works/qulamrza-sebri-tebrizi-evveller
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Bir bikəsi-zarəm, vətənimdə vətənim yox,Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox!
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
Maşallah, bu gözəl kimdi ki, Şirvanə gəlibMaşallah, bu gözəl kimdi ki, Şirvanə gəlib,Ləbini mürdeyi-sədsalə görüb canə gəlib.
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!