Gərəkməz
Birinin ürəyini sındırmaq –O qədər çətin deyil.İnsan bilə-bilə, ya bilmədənSındırır ürəkləri,Yandırır ürəkləri.Amma insan ürəyi Allahın Kəbəsidir.Bu Kəbəyə hörmət etmək gərəkhəmişə.Bir insana hörmət –Bütün insanlığa hörmətdi.Çünki bir zərrə tamam dünyadı.Dünyanı bir insanda görmək olar.Gərəkməz, kiçik sayaqQəlbi Kəbə olanı –İnsanı.
20.12.2008, Bakı
Kitabxana.az · https://kitabxana.az/works/qulamrza-sebri-tebrizi-gerekmez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Necola
Ay ağalar, nakam getdim dünyadan,Yarəb, mənim xanımanım necola?
Haram ətDağıstandan Molla Cumanın bir aşıq dostu varmış. MollaCuma ona ismarış göndərir ki, bir dənə yaxşı qoç göndərsin. Aşıq
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,