Mən gözümü açandan –Bu fərqləri görmüşəmkişiylə qadın arasında.Görmüşəm bacılarımı, tanışlarımı,Məcbur ediblər ailə qurmağaYazılmamış qanunlarla.Yaranıb konflikt içimdə.Bir tərəfdən istəmişəm,Oxuyam, inkişaf edəm,İstəmişəm göstərəm ki,Qardaşım edəni mən də bacararam.Müəllim, mühəndis, həkim kimiAça bilərəm elm qapılarınıinsanlar üzünə.Ancaq açdım bir zaman gözümü,Gördüm səkkiz uşaq anasıyam.Amma hələ də içərim yanırArzularımın puç olmağına.Xoşam ana olmağıma,Fəxr edirəm balalarıma.Amma soruram özümdən:Allahım, məni yaratmısan məgərYalnız dünyaya uşaq gətirməyə?

20.12.2008, Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri