Qadın var, qaldırar kişini ərşə,Qadın var, endirər yerə.Qadın var, qoruyar kişini bəladan,Qadın var, salar kişini bəlaya.Qadın var, məhəbbət mədənidir,Qadın var, məhəbbətdən kasıbdı.Qadın var, yalan gəlməz dilinə,Qadın var, doğru bilməz heç zaman,Qadın var, təzədən yaradar kişini,Qadın var, öldürər kişilik xislətini.Qadın var, yaşayır övladı üçün,Qadın var, yaşayır özü üçün.Görə bilərsiz bunları hər gün,Əfsus ki, bağlıdır kişilərin gözləri.

29.06.2005, Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri