Nə üçün Təbrizdə deyil,Britaniyada yetişdim bu məqama?Axı, mən istedaddaYüksək deyiləmBaşqa həmvətənlərimdən.Vardı sinfimizdəQibtə edilməli gənclər.Amma gördüm onlarıTəbrizdə, bazarın güşəsində.Yük daşıyırlar, hammallıq edirlər.Hətta unudublar məni,Təbrizdən çıxandan sonra.Mənim istedadımaşərait yarandı qürbətdə,Sinfimizin əlaçısı isəOtuz beş yaşındadünyasını dəyişdiyoxsulluqdan.

15.11.2008, Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən