Özümü tanımıram
Hamı məni tanıyır,Amma mən hələ özümü tanımıram.Çünki özünü dərk etmək çox çətindi.Həmişə istəmişəm nəzarət edəmöz əməllərimə.Və tarazlıq saxlayamHaqla nahaqq arasında.Hər kəs tanımalıdır özünüYalnız əməldə.
27.11.2006, Brüssel
Kitabxana.az · https://kitabxana.az/works/qulamrza-sebri-tebrizi-ozumu-tanimiram
← → düymələri ilə keçid, R — təsadüfi şeir