Açdım ürəyimi hər kəsə,Sevdim insanları hər yerdə.Yemədim yedirtdim,Xərclətmədim, xərclədimvətəndaşlarıma,BaşqalarınaVaxtımı verdim, elmimi verdimVətən yolunda hər şeyimi verdim,Uzaq düşdüm anamdan,ailəmdənÇalışdım vətən dərdiniAnladam xalqıma.Narazı deyiləm taleyimdən.Yenə də qayıtsam bu dünyayaGedərəm bu müqəddəs yolla.Çünki təmənnam yoxdubir kimsədən,Yalnız istəmişəm yaşadamƏbədi eşqi ruhumda.

02.10.1989, London

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən