Bu sevdadən keç, ey qafil, dəxi ömri-cəvan keçdi
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Bu sevdadən keç, ey qafil, dəxi ömri-cəvan keçdi.Şəbab əyyami getdi, zövqi-sövdayi-cahan keçdi.
Qivami-ünsüriyyətdən qivayi-xəmsə süst oldu,Yəqin abai-ülvi iltifatından əyan keçdi.
Yavuqlaşdı dəmi-rehlət, təravətdən düşüb qamət,Olub əfsürdə bərgi-tari çün sərvi-rəvan keçdi.
Ağardı muyi-sər, qaldı ziyadən çeşmi-nurani,Məqali-söhbəti-əhli-ləbi-şəkkərfişan keçdi.
Münadi qeybdən eylər nida, ey bixəbər, yatmış,Oyan bir xabi-qəflətdən, yatıbsan çox, zaman keçdi.
Cərəs fəryad edər, qom-qom vurarlar kus peydərpey,Qətari-köç yükləndi sərasər, karivan keçdi.
Sərayi-ariyətdə hər gələn beş gün qalır mehman,Rəfiqü aşina getdi, təmamən həmzəban keçdi.
Rəcul səyyadi müstəhzər durubdur can sorağında,O vaxt agah olursan kim, çıxıb əldən inan keçdi.
Dayanmaz masələf gəl ma-sə-yəti üstə fikr eylə,Görürsən bir zaman əldən behişti-cavidan keçdi.
Gedər dünyayi-fani, axirət əmrində qıl çarə,Keçənlər ya qəminü ya həzin, ya şadiman keçdi.
Məqtə — şairin təxəllüsü olan son beyt. Gəlir bir gün deyər qədrin bilənlər heyf dünyadan,Qoyub nəzmi-dürəfşan Qumriyi-şirinzəban keçdi.
Kitabxana.az · https://kitabxana.az/works/qumri-bu-sevdaden-kec-ey-qafil-dexi-omri-cevan-kecdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çıxmaz başımdan eşq ilə sevdası dilbərin,Könlümdə var həmişə təmmənnası dilbərin,
Ey dil, vəfası yoxdu dilara gözəllərinEy dil, vəfası yoxdu dilara gözəllərin,Cövrü cəfası çoxdu bu rəna gözəllərin.
Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanıEy dil, oyan, göz aç, keçib ömri-cəvan hanı?Bel bağlama cəhanə, vəfayi-cəhan hanı?
Məgər divanədir üşşaq, eşqi-yardən, keçsinMəgər divanədir üşşaq, eşqi-yardən, keçsin,Həvayi-vəslü sevdayi-ruxi-dildardən keçsin?!