Yaralandım ürəyimin başmdan,Yara deynən yaralarım bağlasın!Oxlanmışam kirpiyindən, qaşından,Mən ölürəm, onu Allah saxlasm!

Naşı təbib dərdə dərman etmədi,Canan gəlib göz önündən ötmədi,Həsrət öldüm, əlim yara yetmədi,Vəzir də mənim tək kamm almasm!

Qurbaninin dərdi həddən ziyada,Çağırsam ağamı, yetişər dada,Desələr necoldu, o binəva da:Mən al geydim, o qaralar bağlasm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri