Xəstə düşüb qürbət eldə yataram,Bir kimsənəm yoxdu oyada məni.O siyah telləri, şirin dilləri,Salıbdı sönməyən, oy, oda məni.

Evinin dalında çeşmədə su var,Gözüm gördü, könlüm eylədi qubar,Məndən qeyri bəlkə bir sevgisi var,Ol səbəbdən salmır o yada məni.

Sənsən Qurbaninin gül üzlü yarı,Qalsa qürbət eldə artar azarı,Hərdən oğrun baxır o mənə sarı,Baxışı yandırar ay o da məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar