Sevmədiyim qadınlar
Sevmədiyim qadınlarıngözəli də çoxuydu.Hərəsi bir şirin nağıl,hərəsi bir yuxuydu.
Əllərimi tellərinə vurmadım,Həsrət çəkib ürəyimi yormadım,Boyun büküb yollarında durmadımsevmədiyim qadınların.
Sevmədiyim qadınlarınneçələri sevildi,Toy çalındı,şəhərlərin küçələri sevindi,Neçələriər evində təpikləndi, söyüldüsevmədiyim qadınların.
Sevmədiyim qadınlarlaaşıb-daşır yer üzü,Yer üzününYerevanı, İstambulu, Parisi,Atdı Eyfel qülləsindən özünüsevmədiyim qadınların birisi...
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-sevmediyim-qadinlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Arpaçayı aşdı daşdı,Sel Saranı götürdü qaçdı,
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.