Canım, söz yox, gözəlsən,Gözəlsən, çox gözəlsən!

Unutma, ey gözəl qız,Gözəl olmaz Zəkasız.

Gözəl bir üz gözəldir,Əvət, sözsüz, gözəldir.

Xoşum gəlməz əzəldənZəkasız bir gözəldən.

Gözəlsən, ox, gözəlsən,Gözəlsən, çox gözəlsən!

Zəka olsa gözəldə,Yaxın durmaz xəzəl də.

Bu çarpan qəlbi dinlə,Zəka olsa səninlə.

Xəzana uğramazsan,Ətirli, güllü yazsan.

Yaz olmurmu xəzəlsiz?Zəka olmaz gözəlsiz...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri