Diləyimdir, diləyimdən keçir o,Üreyimdir, ürəyimdən keçir o,Orada izləri var sevgilimin.

O baxışlar, o yanaqlar nə gözəl,Qönçədən incə dodaqlar nə gözəl,Nə gözəl gözləri var sevgilimin.

Ah, o saçlar nə gözəl dalğalanar,Gözəl üzdə nə gözəl halqalanar,Aylı gündüzləri var sevgilimin.

Hissləri, duyğuları, qayğılarıTürkülərdir ucalar, aydan arı,Gül kimi sözləri var sevgilimin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri