Ömrümə, günümə şəfəq saçıldı,Gül üzün gülüncə könlüm açıldı.İçimdə saxlanan zülmət qaçıldı,Gül üzün gülüncə könlüm açıldı.

Sevincli bir türkü ötdü kamanım,O gözəl gözlərin oldu gümanım,Ayrılıq sovuşdu, getdi dumanım,Gül üzün gülüncə könlüm açıldı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri