Gülşəndə gəzir sevgilim erkən,Rənglərlə şəfəqlər öpüşərkən.Könlüm açır ənginlərə yelkən,Rənglərlə şəfəqlər öpüşərkən.

Həsrətlə baxar dağlara dağlar,Bir türkü deyər içli bulaqlar,Qarşımda gülər qönçə dodaqlar,Rənglərlə şəfəqlər öpüşərkən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri